Qaban ilinin aparıcı bürcləri açıqlandı

Hit: 332
Qaban ilinin aparıcı bürcləri açıqlandı

Yeni ilin gəlişinə az müddət qaldığı bir vaxtda insanları Qaban ilində nələr gözlədiyi, hansı bürclərin aparıcı olacağı maraqlandırır.

Astroloq Səbuhi Rəhimli Oxu.Az-a açıqlamasında aparıcı bürclər barədə danışıb. 

Onun sözlərinə görə, Qaban ilinin aparıcı planeti Marsdır:

 

“Bu kosmik obyekt Əqrəb və Qoç bürcünü idarə edir. Əsas aparıcı bürclər onlardır. Onların arxasınca isə bütün Od və Su ünsürlülər gəlir. Amma əslində, Qaban ilini yaxşı təhlil edən, onun oyun qaydalarını bilən, nəbzini tutan hər kəs uğura çata bilər. Lakin dediyim qisim insanlar bunu daha asan edə bilərlər”.

Səbuhi Rəhimli hansı bürclərin evlənməsi məsələsinə də aydınlıq gətirib:

“Mən heç vaxt hansısa bürcün hansısa bürclə sevgi uyğunluğu barədə fikir deməmişəm. Çünki sevgi ruha, mənəvi meyarlara bağlıdır. Astrologiya burada uzağı 20-30 faiz rol oynaya bilər. Sevgi bürcdən yüksəkdə durur. Amma ümumi qəbul olunmuş qənaətə görə Od və Hava ünsürlülər (Qoç, Şir, Oxatan, Əkizlər, Tərəzi, Dolça), Torpaq və Su ünsürlülər isə bir-birini daha çox cəlb edir”.









Redaktorun seçimi