Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub

Hit: 193
Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub

Cari il ərzində Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına qadağa qoyulub. 

Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovdeyib.

O bildirib ki, bu istiqamətdə görülən işlərin məqsədi həmin kitablarda qeyd edilən yanlış fikirlərin təbliğinin qarşısını almaqdır

“Həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olması və müəyyən məqsədlərlə xidmət etməsi aşkarlanıb. Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub.

Həmin kitablar milli-mənəvi dəyərlərimizə zidd təbliğata xidmət etdiyindən qərəzli və ölkə əleyhinə məlumatlar yaymağa cəhd etdiyindən qarşısı alınır. Bu kimi kitabların sayı təxminən 800-ə yaxındır”.









Redaktorun seçimi