Qeyri-adi restoranlar

Hit: 1249
Qeyri-adi restoranlar

Tokio sakini Sekai Kobayasi 2015-ci ildə özünün ilk restoranını açır. Restoranda hər kəs  pulu olmasa belə hətta nahar edə bilər. Bunun üçün isə sadəcə 50 dəqiqə mətbəxdə işləmək lazımdır. Məvacibin əvəzinə layiq olan yemək verilir.

Bu hal tələbələr arasında çox geniş yayılıb çünki onlar pul ödəmədən nahar edə bilirlər. ABŞ restoranlarının birində iki kiloqramlıq steyki pul ödəmədən yemək olar. Ancaq bunun da bir şərti var əgər bir saat ərzində steyki yeyib qurtarmasan onun pulunu ödəməli olacaqsan. Amsterdamdakı restoranların birində isə bütün masalar bir ziyarətçi üçün nəzərdə tutulub. Restoranın əsas müştəriləri tək nahar etmək istəyən insanlardır. Finlandiyanın Laplandiya əyalətinin Kemi kommunasında tamamilə buzdan və qardan hazırlanmış restoran fəaliyyət göstərir. Restoran daxilində havanın temperaturu mənfi 5 dərəcədir. Ziyarətçilər üçün ənənəvi qızıl balıq, maral ətindən və zoğaldan hazırlanmış yemək təqdim olunur.  Restoran yalnız qışda fəaliyyət göstərir və yenidən hazırlanmalı olur.

Dubayda yerləşən Bürc Xəlifə qülləsində yerləşən restoran Ginnesin rekordlar kitabına daxil olub. Bu restoran 122-ci mərtəbədə yerləşir və 422 metr hündürlükdədir. Bu restoran dünyanın ən hündür restoranı hesab olunur. Əlbəyaxa döyüş sənətlərini sevən insanlar Nindza restoranını ziyarət edə bilərlər. Restoranın quruluşu qədim yapon kəndini xatırladır. Ziyarətçiləri restorana yeraltı burma tunel ilə aparırlar.  Ziyarətçilərə isə nindza geyimli sanki tamamilə döyüşə hazırlanmış insanlar xidmət göstərir.

Finlandiyanın İisalmi şəhərciyində yerləşən Kuappi lisalmi restoranı dünyanın ən kiçik restoranı hesab olunur. Bu restoranda cəmi bir masa və iki stul var. Buna görə də restoranda öncədən rezerv etmək lazımdır. Restoranın ümumi sahəsi də o qədər böyük deyil cəmi 8 kvadrat metrdir. Ümumi ərazinin 3.6 kvadrat metri əhatə edən mətbəx həm də nahar etmək üçün nəzərdə tutulub. Bu qeyri-adi restoran tərk olunmuş dəmiryolu stansiyasında yerləşir. Bu restoranın bir üstünlüyü var bütün xidmət göstərən insanların diqqəti həmin masada olur. Çində yerləşən Rising Sun adlı restoranda müştərilərə ofisiantın üzərinə qışqırmaq, stəkan, boşqab hətta onu vurmaqda olar. Ofisianta qarşı edilmiş bu hərəkətlər müştəriyə 50-300 yuan arasında başa gəlir bu da 8-50 ABŞ dolları edir. Hər qadın özünü şahzadə təsəvvür etmək istəyir.

Bu fürsəti Tokioda yerləşən Şahzadənin ürəyi adlı restoran təqdim edir. Ziyarətçi xanımlar başlarında tac ilə taxtda otura bilər,  onlara  isə qulluqçu qismində ofisiantlar xidmət edirlər. Bu təəccüblü deyil ki,  restoranda boş yer tapmaq mümkün deyil. Banqkokda yerləşən Hajim restoranında ofisiantlar yoxdur onları robotlar əvəz edir. Robotlar restoran boyunca hərəkət edərək xidmət göstərir. Robotlar nəinki sifarişi masaya gətirir hətta müştərilər üçün oxuyub rəqs də edir. Nyu Yorkda yerləşən Eat restoranında cümə və şənbə günləri tam sakit bir rejim hökm sürür. Bu günlərdə ziyarətçilərə  qəti şəkildə söhbət etməyə icazə verilmir. Bu qaydaları pozan şəxsləri cəza gözləyir. Həmin şəxsləri restoranın yanındakı mağazada yarımçıq qalmış xörəyi yeməyə göndərirlər.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi