Tozu yığışdırarkən ehtiyatlı olun: Böyük təhlükə

Hit: 318
Tozu yığışdırarkən ehtiyatlı olun: Böyük təhlükə

Şimal-şərq universitetinin alimləri, təmizləyici vasitələrin tərkibində olan triklazonun, mikroorqanizmlərin, antibiotiklərə qarşı dayanıqlı olmasını aşkar ediblər.

Faktor.az deyerler.org-a istinadən bildirir ki, mütəxəsislər, insanların müxtəlif məkanlarda tez-tez yerə, idman avadanlıqlarına və sair yerlərə toxunduqları 42 idman ocağından götürülmüş toz nümunələrini analiz ediblər. Məlum olmuşdur ki, çoxlu miqdarda triklazon tərkibə malik olan test nümunələri, antibiotiklərə qarşı, ginetik dözümlü xususiyyətə malikdir.

ABŞ-da 2017-ci ilə qədər triklazon təmizləyici və dezinfeksiya maddələrinə qatılırdı. Sonralar, bunun insanın endokrin və reproduktiv sisteminə zərəri olduğu üçün, sanitar nəzarət üzrə şöbə tərəfindən qadağan olunmuşdur. Lakin bu maddənin hələ də diş pastalarında və digər şəxsi giqiyena vasitələrində mövcudluğu qeyd olunur. Avstraliya alimləri məlum etmişdir ki, antibioteklərə davamlı olan patogen bakteriyaların bəzi növləri, hətta spirt tərkibli dezinfeksiya vasitələrinə belə dayanıqlıdır. Ona görə də mütəxəssislər tozları təmizləyərkən xüsusi maska və əlcəklərdən istifadə etməyi xüsusilə tövsiyə edir.









Redaktorun seçimi