SSRİ-də necə pul qazanırdılar

Hit: 602
SSRİ-də necə pul qazanırdılar

Sovet İttifaqında bilindiyi kimi fərdi sahibkarlığa dəstək verilmirdi. Bu isə o demək deyildi ki, Sovet vətəndaşı varlanmaq istəməsin. Əlbəttə inanırdılar və bunun həyata keçməsi üçün qeyri-adi addımlar atırdı. O dövrün ən məşhur əfsanəsinə görə üzərində Leninin təsvir olunduğu yubiley rubluna görə çoxlu miqdarda pul qazanmaq olardı. Kim və nəyə görə bu qədər pul ödəməyə hazır idi?  Qəpiyin hazırlanması barədə müxtəlif şayiələr gəzirdi.

Bu şayiələrdən biri qəpiyin gümüşdən hazırlanması idi. Bu daha sadə versiyadır ancaq bundan daha fantastik versiyalarda var idi. Maraqlı versiyalardan biri ABŞ-da bu numizmatikada nadir hal olduğundan amerikalı qəpik kolleksiyaçıları onu satın almaq üçün külli miqdarda vəsaitindən keçirdi. Çinlilərin və yaponlar bu qəpikdən qeyri-adi nadir olan element hazırlayırdı. Bir fərziyəyə görə də bu qəpiyi banka apararaq çoxlu miqdarda pul qazanmaq olardı.

Əslində isə bu qəpikdən 100 000 000 ədəd buraxılmışdı. Buna görə də indiyə qədər bu qəpiyi almaq mümkündür. Daha bir əfsanəvi qəpik isə 1961-ci ildə buraxılıb. Gəzən şayiələrə görə bu qəpik xalis qızıldan hazırlanmışdı. O dövrdə bu qəpik müqabilində insanlar biri yeşik araq alırdı. Burada da asan yol ilə qazanmaq istəyənləri gözlənilməz bir hadisə gözləyirdi.  Bu qəpik insanların gözlədiyini vermədi və insanlar bundan pul qazana bilmədi. Qəpik xalis qızıldan hazırlanmayıb.

Siqaret çəkənlər isə digər bir nağıla inanırdı. Sən demə siqaretin külünü aptekdən almaq olardı. Xüsusilə də hər qram üçün yuvarlaq rəqəmlər təklif olunurdu. Heç kim  qramla kül almaq istəmirdi hamı 3 litrlik butulkalarda kül alırdı. Hər kəs də buna inanaraq aptekə üz tuturdu və inanırdı ki, siqaret külünün tərkibində qiymətli metal var. Apteklərdə belə insanlara qeyri-adi baxırdılar. İnsanların ağlına sonralar daha bir fikir gəldi. Onlar qərara aldılar ki siqaret külünü əcnəbilərə satsınlar onlar əsil qiyməti verə biləcəkdi.  Siqaret külündə heç bir qiymətli metal yox idi.

Əgər bu həqiqət idisə nəyə görə külü qram ilə almaq lazım idi bir qutu siqaret alıb yandırmaq kifayət edirdi. Yubiley rublunda və siqaret külündə qazanc əldə edə bilməyən insanları daha bir fürsət gözləyirdi.  Milçəkləri tutub yandırmaq. Bir kiloqramdan artıq milçək tutmaq və onu aptekə aparmaq lazım idi. Heç kimində ağlına belə sual gəlməmişdi. Bir kiloqramın içində nə qədər milçək olmalı idi? Bəzi insanlar milçəkləri kibrit qutusuna doldurub onları ölçürdü. Tələb olunan bir kiloqramı əldə etmək üçün 1500 kibrit qutusu lazım idi. Bu milçəklərin hansı məqsəd ilə istifadə olunacağı məlum deyildi.

İddia olunurdu ki, milçəyin ən qiymətli hissəsi onun böyrəyidir. Bir qrup insanlar da var idi ki, onlar siqaret külündən deyil  “Kosmos” siqaret qutusundan gəlir əldə etmək istəyirdi. Qutunun daxili hissəsində bir neçə rəqəmlər qeyd olunmuşdu.  Müəyyən bir kombinasiyanı qurduqdan sonra velosiped qazanmaq olardı. Ancaq heç kim o velosipedlərin harada əldə etmək biləcəyini bilmirdi. Ancaq hər kəs xoşbəxtliyin baş verəcəyinə inanırdı.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi