8 saatliq iş günündən niyə İMTİNA ETMƏK LAZIMDIR?

Hit: 317
8 saatliq iş günündən niyə İMTİNA ETMƏK LAZIMDIR?

8 saatlıq iş günü -  köhnəlmiş və səmərəsiz bir yanaşmadır. Əgər gün ərazində mümkün qədər produktiv olmaq istəyirsinizsə, bu köhnə düşüncələri  buraxın və yeni bir yol tapın.

Faktor.az gencaile.az-a istinadən bildirir ki, 8 saatlıq iş günü sənaye inqilabı zamanı zavod işçiləri üçün əl əməyinin sayını azaltmaq məqsədi ilə düşünülüb tətbiq edilmişdir. İki yüz il bundan əvvəl, bu sıçrayış və  insan əməyinə humanist yanaşma sayılırdı. Təbii ki, bu yanaşma müasir dövr üçün daha uyğun deyil.

Bizim babalarımız kimi, biz də qısamüddətli fasilələrlə və ya fasiləsiz  8 saat işləyirik. İnsanların çoxu hətta nahar zamanı belə çalışır! İşə münasibətdə bu köhnəlmiş yanaşma bizə kömək etmir, əksinə, bizi geri çəkir.

Gününüzü strukturlaşdırmaq üçün ən yaxşı yol

Draugiem Group apardığı araşdırmada işçilərin iş vərdişlərini izləmək məqsədi ilə xüsusi proqramlardan istifadə olunmuşdu. Bu proqram, insanların müxtəlif vəzifələrə nə qədər vaxt sərf etdiyini ölçüb və onların effektivlik səviyyələri ilə müqayisə etdi.

İnsanların fəaliyyətinin ölçülməsi prosesində onlar inanılmaz nəticəyə gəlmişlər: iş gününün uzunluğu əhəmiyyətli deyil, insanların öz  günlərini necə qurduqları daha vacibdir. Xüsusilə, bu araşdırma zamanı müəyyən oldu ki, qısamüddətli fasilələr edən işçilər uzun müddət işləyənlərə nisbətən daha məhsuldar idi.

İş və fasilənin ideal nisbəti 52 dəqiqə iş, sonra isə 17 dəqiqə istirahət təşkil edir. Bu ardıcıllığı gözləyən insanlar öz işində daha diqqətli ola bilirlər. Demək olar ki, bir saat ərazində onlar özlərini bütünlüklə  yerinə yetirməli olduqları vəzifəyə həsr etmişlər. Onlar Facebook səhifəsinə və ya elektron məktublara diqqət yetirmirdilər.

Yorğunluğu hiss etdikdə isə (bu təxminən hər 1 saatdan bir baş verirdi), onlar qısa ara verərək tamamilə dincəlmiş olurdular. Bu, onlara  yeni güc toplayaraq iş zamanı daha məhsuldar olmağa kömək edirdi.

Beyniniz sizdən  bir saat işləməyi və 15 dəqiqə istirahət etməyi istəyir

Bu sehrli nisbəti kəşf etmiş insanlar daha çox şey qazanmış olurlar, çünki bu, insan şüurunun əsas ehtiyaclarından birini ödəmək deməkdir: beyin, təbii olaraq, bir-birini əvəz edən yüksək (təxminən bir saat) və aşağı enerji (15-20 dəqiqə) sıçrayışları ilə  fəaliyyət göstərir.

Yorğunluq ilə mübarizədə ən yaxşı vasitə isə iş gününə düşünülmüş şəkildə yanaşmaqdır. Bir saatlıq işdən sonra meydana gələn yorğunluq ilə mübarizə aparmayın, işinizi qırağa qoyub qısamüddətli fasilə edin.

Çox vaxt yorğunluq bizə qalib gəlir, çünki biz vaxtında ona diqqət yetirmədən işimizi davam etdik (enerji və konsentrasiya itirildikdən sonra) və düzgün olmayan fasilələrə yol veririk.

İş gününüzə nəzarət edin

Vaxtınızı strateji aralıqlara  bölsəniz, 8 saatlıq iş günü sizin üçün faydalı ola bilər. Mükəmməl həyat  ritminə nail olmaq üçün sizə dörd məsləhət verə bilərik:

Gününüzü saatlıq aralıqlara bölün.

Biz, ümumiyyətlə, gün, həftə və ya ayın sonuna kimi etməli olduğumuz işləri planlaşdırırıq, amma biz indi nə edə biləcəyimizə diqqət yetirsək daha produktiv ola bilərik.

Gününüzü saat aralıqlarına bölməklə, siz mürəkkəb məsələləri daha asanlıqla həll edə bilərsiniz.

Bu saata hörmət edin

Aralıq strategiyası ona görə effektivdir ki, biz yüksək konsentrasiyaya nail olmaq üçün fəaliyyətimizin ən pik nöqtələrindən istifadə edirik. Əgər siz iş saatınıza hörmət etmirsinizsə (elektron poçtu yoxlayırsınız və ya öz diqqətinizi  Facebook-a və digər sosial şəbəkələrə yönləndirirsinizsə) , bu strategiyanın mahiyyəti itmiş olur.

Həqiqətən də istirahət edin, özünüzü aldatmayın

Draugiem tədqiqatı göstərir ki, saatda bir dəfədən artıq istirahət edən işçilər, istirahət etməyənlərə nisbətən daha məhsuldardırlar. Yaxşı istirahət etmək üçün  kompüterdən uzaqlaşmaq, telefonu və bütün işləri 15-20 dəqiqəlik unutmaq lazımdır.

Siz istirahət etmək üçün  gəzinti, oxu və ya söhbətlərdən  istifadə edə bilərsiniz.

Bədəninizin sizə istirahət etmək təklifini irəli sürdüyünü gözləməyin

Fasilə etmək üçün  yorğunluq hissini gözləyirsinizsə, artıq istirahət üçün  çox gec ola bilər.  Qısa bir ara vermək, yorğun olduğunuz zaman  işə davam etməkdən daha faydalıdır.

Ümumi nəticə

İş gününüzü təbii enerji səviyyələrinə uyğun iş və istirahət dövrlərinə bölmək, iş gününüzü sürətləndirəcək  və məhsuldarlığınızı artırıracaq.









Redaktorun seçimi