Təsadüfən varlanan insanlar

Hit: 770
Təsadüfən varlanan insanlar

Böyük Britaniyanın Saffolk qraflığında 1992-ci ildə bir fermer həvəskar xəzinə axtaran Erik  Lausa müraciət edib. O öz müraciətində qeyd edirdi ki, sahəsində çəkicini itirib. Lausda o dövr üçün nadir avadanlıq olan metal axtaran cihaz var idi.

Bir müddət keçəndən sonra onlar  çəkic axtarmaqdan vaz keçdilər çünki daha dəyərli bir xəzinə tapmışdılar, bu xəzinə Roma imperiyası dövrünə aid idi. Torpağın altında  565 qızıl 14000 gümüş sikkə və zinyət əşyaları var idi. Böyük Britaniya qanunlarına əsasən tapılmış xəzinə dövlətə təhvil verilir tapana isə xəzinənin dəyəri qədər vəsait ödənilir. Tapılmış xəzinənin dəyəri 1 750 000 funt sterlinq idi.

Amerikalı Maykl Sparks  yaşadığ Neşvil şəhərində dükanlarda əntiq əşyaları axtarmağı sevirdi. Dükanların birində o lampa və ABŞ İstiqlaliyyət Bəyannaməsinin saralmış nüsxəsini tapır. Evə qayıdan Maykl bu sənədin həqiqi olduğuna şübhə ilə yanaşır. Ekspertiza müəyyən etmişdi ki, bu sənəd  həqiqi nüsxədir. Bu bəyannamənin 200 belə nüsxəsi var idi. Bəyannamədə  o dövrün Dövlət Katibi olan və sonradan ABŞ prezidenti vəzifəsini icra edən Con Kvins Adamsın imzası var idi. Bizim dövrə qədər cəmi 35 belə nümunə gəlib çatmışdı və bu 36-sı olmuşdu. Sənəd auksionda 477 650 dollara satılmışdı.

Digər ABŞ vətəndaşı olan Toni Maronun bəxti daha çox gətirmişdi. O dükanların birində bir qutu ilə dolu sənəd alır O cəmi 5 dollar xərcləmişdi. Sənədlərin arasında bir neft şirkətinin səhmləri var idi. Sonradan bu şirkət Coca-Cola ilə birləşmişdi. Maron bu səhmlərin o dövrdə Coca-Cola-nın səhmləri ilə dəyişməyə imkan verdiyini müəyyən etdiyini öyrənmişdi. Toni Coca-Cola-nın ilk fiziki səhmdarı olmuşdu.

72 yaşlı Kaliforniya sakini Bernis Kaleqo öz evini təmizləmək qərarına gəlir. Evində zibil yığınından beysbol komandasının foto şəklini tapır. Bu idman növü ABŞ-da çox məşhur olduğundan  Bernis  bu şəkildən qazanc əldə etmək qərarına gəlir və onu internetdə auksionda satışa qoyur. O ehtimal belə etmirdi ki,  bu şəkli çoxlu sayda insan əldə etmək istəyəcək. Foto şəklin son qiyməti 75 000 dollardan artıq idi. Foto 1869-cu ildə çəkilmişdi.

Bosniyadan Radivo Layiç iddia edirdi ki, sözün əsl mənasında göydən onun başına pul yağır. Onun evini 2007-ci ildən başlayaraq meteoritlər bombalayır. Bu hal 6 dəfə təkrarlanmışdı. Bu hədiyyələrdən birini Layiç Hollandiya Universitetlərinin birinə satır. Əldə olunmuş vəsaitdən o səmərəli istifadə edib evinin damını poladdan etmişdi.

2017-ci ildə Rusiyanın Yakutsk şəhərinin polis bölməsinə yerli sakin müraciət etmişdi. O iddia edirdi ki, meşələrin birində ov üçün istifadə olunan çoxlu sayda giliz tapıb. Bu gilizlərin sayı 47 000 idi. Bu gilizlərin saxlanılması cinayətdir. Onu təhvil verən şəxsə isə mükafat verilir. Beləliklə şəhər sakini 715 750 rubl mükafat əldə etmişdi.

Sən demə xəzinəni pul kisəsində də tapmaq olur. 2009-cu ildə Rusiyada adını açıqlanmasını istəməyən şəxs öz pul kisəsində adi 5 qəpik tapdığını iddia etmişdi. Bu 5 qəpiklik əskinas 1999-cu ildə dövriyəyə buraxılmışdı. Bu əskinas Rusiyada yeganə əskinaz idi.  Bu əskinaz  250 000 rubla satılmışdı. Amma mütəxəssislər qeyd edirdi ki bu sadəcə saxta əskinas idi. Bu əskinasın yeganə nüsxədə buraxılması inandırıcı deyildi. Bu əskinas Rusiyanın yeni tarixində sirli olaraq hələ də qalır.

Kamran Əliyev









Redaktorun seçimi