Metroda “Əl işləri yarmarkası” olacaq

Hit: 443
Metroda “Əl işləri yarmarkası” olacaq

“İçərişəhər” metro stansiyasında istedadlı gənclərin “Əl işləri yarmarkası” açılacaq.

“Bakı Metropoliteni” QSC-dən daxil olan məlumata görə, dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.

“Əl işləri yarmarkası” adlandırılmış, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

 

 

 









Redaktorun seçimi