Gəncə qapısının digər tayı haradadır?

Hit: 790
Gəncə qapısının digər tayı haradadır?

"Məlum olduğu kimi Gürcüstanda Gelati məbədində qorunan Gəncə qapısı əslində iki taylı olub. Hazırda onun bir tayı qorunur. Qapının digər tayı da XIX əsrə qədər qorunurdu".

Faktor.az bildirir ki, bu barədə tarixçi Əkbər Nəcəf bildirib.

O deyib  ki, ancaq Rusiya kraliçası II Katerina İmeretiya kralı Solomona Gelati monastırının örtüsünün təmiri üçün bir usta göndərir: "Lakin təmir başladıqdan qısa sürə sonra usta ölür. Təmiri davam etdirən işçilər bir müddətdən sonra mismar problemi ilə qarşılaşırlar. Gürcü monarxları da mismar olaraq monastırdakı dəmirdən olan Gəncə qapısının bir tayını parçalanıb mismar kimi istifadə edilməsini əmr ediblər. Beləcə, hazırda Gelati məbədinin dam örtüyündə istifadə edilən mismarlar Gəncə qapısının digər tayından hazırlanmışdır".

Faktor.az









Redaktorun seçimi