21-ci əsrin ibtidai qəbiləsi

Hit: 644
21-ci əsrin ibtidai qəbiləsi

Müasir texnologiya dünyamızda təsəvvür etmək belə çətindir ki, planetimizin hər hansısa bir hissəsində əcdadlarımızın yaşadıqları həyat tərzinə bənzəyən bir qəbilə olsun. Ancaq belə bir qəbilə mövcuddur və bu qəbilə Hindistan sahillərində yaşayır. Bu qəbilə Benqal körfəzində yerləşən Şimali Sentinel adasında yaşayır. Bu adanın sahəsi o qədərdə böyük deyil cəmi 72 kvadrat kilometrdir.

Əhalinin sayını isə heç kim dəqiq bilmir belə ki, yerli əhali adadan kənarda yaşayan insanlar ilə ünsiyyət qurmur. Təqribi hesablamalara görə adada 250 insan yaşayır. Bəzi tədqiqatçılar düşünür ki, adada 50 nəfər yaşayır digərləri əmindir ki, burada 400-dən çox insan yaşayır. Bu adaya 1974-cü ildə çəkiliş qrupu gəlmişdi. Onlar bu qəbilə haqqında sənədli film çəkmək istəyirdi. Çəkiliş qrupu  sahildə qəbilə üzvləri üçün kakos, donuz, qab-qacaq  və gəlincik hədiyyə qoymuşdu. Ada sakinləri çəkiliş qrupuna qonaqpərvərlik göstərməmiş  oxlar ilə onlara atəş açmış, operatoru yaralamışdı.

Çəkiliş qrupu geri çəkilməyə məcbur oldu və qəbiləni kənardan müşahidə etmək qərarına gəldi. Hədiyyələrdən onlar qeyri-adi üsul ilə  istifadə etdi. Donuz və gəlinciyi onlar torpağın altına basdırdı, kakos və qab-qacağı isə özləri ilə götürdü. 2001-ci ildə ada sakinlərini siyahıya almaq qərarına gəldilər. Siyahıya alma proses ehtiyat ilə aparılırdı onları yalnız kifayət qədər aralı məsafədən izlənirdi. Siyahıya alan şəxslər adada 21 kişi və 18 qadın müşahidə etdi. Bu da ada sakinləri barədə dəqiq məlumat vermir.

İki hindli balıqçı 2006-cı ildə  ehtiyatsızlıq edib adaya yaxınlaşmışdı. Bu səbəbdən həmin balıqçıları ada sakinləri oxu ilə öldürmüşdü. Hətta ada sakinləri hind polisinə balıqçıların cəsədlərini götürməyə icazə verməmişdi. Adaya helikopter göndərmək qərarına gəldilər ancaq helikopteri ada sakinləri oxu ilə atəşə tutdu, pilotlar yerə enməyə risk etmədi. Yerli əhali məhsul yığımı və balıqçılıqla məşğul olur. Onlar hətta alovu əldə etmək barəsində belə məlumatsızdır. Ada sakinləri alovu şimşəkdən əldə edir. Onlar kömürü gil qablarda saxlayır. Əhalimin ünsiyyət qurduğu dil barədə heç bir məlumat yoxdur.

Onların danışdığı dil heç bir dil qrupuna aid deyil. Yerli əhali yad insanlar ilə ünsiyyətə girmir dərhal öz silahlarını-   ox və nizələrini göstərir. Oxdan atəş açmaqda onlar mahirdi insanı 100 metr məsafədən vura bilərlər. 13-cü əsrdə yaşamış italiyalı səyyah Marko Polo öz qeydlərində bu qəbilə haqqında yazırdı. Marko Polo bu qəbiləni ən qəddar kimi təsvir edirdi. Buna görədir ki, qəbilə öz müstəqilliyini qoruya bilib, Avropalıların müstəmləkəsinə çevrilməyib. Şimali  Sentinel adası rəsmi olaraq Hindistana məxsus olsa da hakimiyyət öz ərazi iddialarını irəli sürməyə hazırlaşmır. Adanın əhalisi ünsiyyət qurmaqda  o qədər də həvəsli deyil. Yad insanlar ilə əlaqə adada müxtəlif epidemiya xarakterli xəstəliklərin yaranmasına səbəb ola bilər bu da unikal qəbilənin məhv olmasına gətirib çıxaracaq.

Kamran Əliyev









Redaktorun seçimi