Fazil Məmmədov yenidən əməliyyat olundu

Hit: 334
Fazil Məmmədov yenidən əməliyyat olundu
Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub.
 
BakuPost-un əldə etdiyi məlumata görə, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir.
 
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir.
 
Xatırladaq ki, keçmiş nazir may ayında sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirmişdi. 
 
F. Məmmədov 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən vəzifəsindən azad edilib.








Redaktorun seçimi