Kakaonu qeyri-adi reklam etdi

Hit: 618
Kakaonu qeyri-adi reklam etdi

Amerikaya ilk dəfə 15-16-cı əsrlərdə səfər edən avropalılar yerli əhalinin kakao  bitkisinə xüsusi hörmət bəslədiyinin şahidi olur. Əgər onun kökü yerə düşürdüsə dərhal insanlar onu qaldırıb ehtiyyatla yerinə qoyurdular. Yerli əhali kakaodan acı içki olan çokolatl hazırlayırdı.

Avropalılar bu içkinin dadını xoşlamasa da onun gümrah edici xüsusiyyətini vurğulayırdılar. Bu içkini içəndən sonra insan gün ərzində aclıq hiss etmədən bol enerjili olurdu. Kakaonun bu xüsusiyyətini nəzərə alaraq artıq 16-cı əsrdə ispan ordusunda xidmət edən əsgərlər bu bitkidən öz yeməklərində istifadə edirdi. İspan kralının əmri ilə içkinin hazırlanma resepti gizli saxlanılırdı. Bu sirri verən şəxsi ölüm cəzasi gözləyirdi. Bu səbəbdən içkinin sirini açıqlayan 80 nəfərin başları kəsilmişdi. Ancaq bütün sirlərin üstü açıldığı kimi bu sirrin də 18-ci əsrdə  üstü açıldı. Bu içki o dövrdə yalnız aristokratlara, zəngin insanlara və orduya əlçatan idi.

On doqquzuncu əsrdə  Avropada Konrad Van Qutten adlı şəxs şokolad maqnatına çevrilir. O 1828-ci ildə qızardılmış kakao dənələrini toz halına çevirən avadanlıq icad edir. Avadanlığın icadı işin uğurla getməsinə kifayət etmirdi və avropalıları kakaodan istifadə etməyə öyrətmək lazım idi. Çay və qəhvə o dövrdə Avropada daha məşhur idi. Van Qutten öz malını geniş kütləyə çatdırmaq üçün hər növ üsuldan istifadə etməyi  böyük üstünlük hüsab edirdi.  Sahibkar şəxsən kakaonun faydası barədə mühazirələr deyirdi. O deyirdi ki, həkimlər kakaonun insan səhətini möhkəmləndirdiyini sübut etmişdi. Kakao görmə qabiliyyətini yaxşılaşdırır, dişləri möhkəm edir hətta saçların daha tez əmələ gəlməsinə yardım edir. 

Van Quttenin dediyinə görə uşaqlar üçün bu içki əvəzolunmaz hesab olunur. Qayğıkeş valideynlər övladlarının sağlam böyüməsi üçün kakaodan mütləq istifadə etməlidir. Van Qutten kakaonu reklam etmək üçün çoxlu vəsaitdə xərcləmişdi. O dövrün qəzet və jurnalları davamlı kakao istifadə edən sağlam uşaqların şəkilləri ilə bəzədilmişdi. Ancaq bütün bu işlər Van Qutten üçün qənaətbəxş deyildi. Digər mallar da çoxluq təşkil edirdi və beləliklə hamıdan fərqlənmək üçün qeyri-adi üsul lazım idi. Bu elə bir üsul olmalı idi ki, bir gün ərzində hamı kakaodan danışsın. Beləliklə belə bir üsul tapıldı.

Bu üsul bir qrup insanları heyrətə gətirmiş digərlərini isə təəccübləndirmişdi. 1865-ci ildə Amsterdam həbsxanalarının birində məhkum ölüm hökmü ilə cəzalandırılır və öz qaçılmaz aqibətini gözləyir. Van Quttenin adamları onu tapır və ona qeyri-adi işbirliyi təklif edir. Bu işbirliyi nəticəsində Van Quttenin şirkəti məşhurluq qazanmalı  məhbusun ailəsi isə pul mükafatı almalı idi. Edamdan öncə məhbus qəfildən onu izləyən kütlə qarşısında son sözlərini demişdi:  “Van Qutten kakaosu için” . Həqiqətən məhbusun ailəsi onlara vəd edilmiş pul mükafatını aldı. Bütün Hollandiya bu qeyri-adi reklam usulundan danışırdı. Bir qrup insanlar iş adamının bacarıqlı olmağından heyrətlənmiş digərləri isə onu sadəcə qəddar insan adlandırmışdı. Bu hadisədən sonra Van Qutten kakaosunu satışı artmağa başladı.

Kamran Əliyev









Redaktorun seçimi