İlanlar adası

173 dəfə oxunub
İlanlar adası

İnsanlar hesab edir ki, onlar təbiətin hökmdarıdır. Braziliya sahillərindən 35 kilometr  məsafədə  qeyri-adi Keymara Qrandi adası yerləşir. Adanın qeyri-adiliyi ondadır ki, oranın tam hüquqlu sakinləri ilanlardır. İlanlar hətta bu ərazidən insanları da sıxışdırıblar. Əgər kimsə bu adanı ziyarət etmək istərsə onda həmin insan öz həyatıyla vidalaşa bilər.

Adanın ümumi ərazisi o qədər də böyük deyil cəmi 0,4 kvadrat kilometrdir.  Braziliya hökuməti bu ölümcül adaya ziyarəti insanlar üçün qadağan edib ancaq bu qadağaya  məhəl qoymayan insanlarda çoxluq təşkil edir. Keymara Qrandi adasında bir mayak quraşdırılmışdı əvvələr bu mayaka ailəsi ilə birlikdə  yaşayan bir şəxs nəzarət edirdi. Bir gün insanlar evlərinə hücum edən ilanlardan dəhşətə gəlmiş xilas olmaq üçün qaçmaq istəsələr də bu mümkün olmamış və ailə üzvlərinin hamısı ilan dişləməsi nəticəsində həyatlarını itirmişdilər. Mayak indi də mövcuddur və özünü idarə rejiminə keçirilib.

Bu hadisədən sonra bu adada artıq heç kim məskunlaşmaq istəmir. Bu adada yaranmış bir əfsanəyə görə bir balıqçı aclıq hiss edir və banan toplamaq üçün qayığı ilə adaya yan alır. Balıqçı bananları toplaya bilmir və qayığda ölü tapılır. O da ilan dişləməsindən ölmüşdü. İlanlar buradan yalnız insanları sıxışdırıb çıxartmayıblar. Adada heç bir heyvan yaşamır. Qurbağalar, kərtənkələlər,  həşaratlar da məhv olub. İlanların tək qida mənbəyi quşlardır hansılar ki, ehtiyatsızlıq edib adaya enirlər. Bəzi quşlar burada hətta yuva da salırlar ancaq onların yumurtaları  və balaları ilanların qurbanına çevrilir.

Adada yaşayan ilanlar arasında ən təlükəli hesab olunanı ada botrotsudur. Bu ilan gürzə kimilər fəsiləsinə aiddir. Bu həddən artıq təhlükəli ilanın uzunluğu bir metrdir. Dərisinin rəngi sarı və açıq qəhvəyi rəngdə olur. Dərisinin üzərində  tünd dördbucaq və üçbucaq formalı ləkələr var. Maraqlıdır ki, ada batrotsu Keymara Qrandi adasından başqa heç yerdə yaşamır. Bu səbəbdən həmin ilan nadir tapılan heyvan hesab olunur və Təbiətin Beynalxalq Mühafizəsinin qırmızı siyahısına daxil edilmişdi. Həkimlər təsdiq edirlər ki, bu ilanın dişləməsindən sonra ölüm riski daha yüksəkdir.

Ölüm hadisələri dərhal tibbi yardım göstərilən zamanda baş verə bilər. Əgər xəsarət alan insanın yanında həkim yoxdursa  o ölümə məhkum hesab olunur. Xəsarət alanlar beyinə qan sızması və ya böyrək çatışmazlığı nəticəsində ölür. Adada yaşayan ilanların təqribi sayını bilmək qeyri –mümkündür. İnsanların bu adanı tərk etməsi ilə ilanların sayı artmaqda davam edir. Bəzi insanlar iddia edir ki, hər kvadrat metr əraziyə beş ilan düşür. Bu məlumatın doğru olub olmadığını demək çətindir. Keymara Qrandi adasını insanlar tərəfindən ziyarət edilmədiyini düşünə bilərsiniz ancaq adanı ziyarət edən cəsarətli insanlar tapılır. Ölümcül təhlükəyə rəğmən insanları  buranı ziyarət etməyə nə cəlb edir? Serpentoloq alimlər bu adanı tədqiq etmək üçün rəsmi icazə alırlar. Ancaq  adanı ziyarət edən insanların çoxu buraya qeyri-qanunu şəkildə gəlirlər. Onlar iddia edirlər ki, sahil insanlar üçün daha az təhlükəlidir beləki ilanların çoxu adanın sıx meşəlik olan yerlərində yaşayır.

Bir çox həvəskarlar üçün adada yaşayan batrotslar əsil qazanc mənbəyidir. Belə ki, bu ilan qara bazarda yüksək qiymətləndirilir. Hətta burada xəzinə ovçuları da tapılır. Onlar iddia edirlər ki, dəniz quldurları  bu ərazidə saysız hesabsız xəzinə basdırıb və buraya xəzinələrin təhlükəsizliyini qorumaq üçün ilanları buraxıb.

Kamran Əliyev / Faktor.az



Redaktorun seçimi