Tarixin ən kütlıəvi intiharı

Hit: 452
Tarixin ən kütlıəvi intiharı

Cənubi Amerikada yerləşən Qayana dövlətinin Constaun qəsəbəsində 1978-ci ildə 911 insan eyni vaxtda kütləvi intihar etmişdi. 

ABŞ-ın İndiana şatatında anadan olan Cim Cons 1931-ci ildə Xalqın məbədi adı ilə bir təriqət yaradır. Keşişlərin  ağ dərililər və zəncilər eyni hüquqa malikdilər deməsi ilə bir çox zənci bu təriqətə qoşulmuşdu. Cim Consun yüksək nitq qabiliyyətinə sahib olması səbəbi ilə bağlı qapılar arxasından bir çox insana təsir etmiş  və onları öz təriqətinə cəlb etmişdi. Kaliforniyada fəaliyyət göstərən kilsədə xeyriyyə məqsədi ilə verilən pullar və müridlərinin sayısının artmasıyla küllü miqdarda pul qazanaraq öz sərvətini artırmışdı. İnsanlara təsir edərək onlara saxta Cənnət vəd edən Cons həddən artıq məşhurluq qazanmış və kütləvi informasiya vasitələrinin daima diqqətində olmuşdu. Cim Cons 1977-ci ildə müridləri ilə birlikdə Qayanaya gedir mətbuatın və xalqın gözündən uzaq yerdə olmağı qərara alır. Meşənin içində müridləri ilə birlikdə Constaun adlı qəsəbə quraraq öz təriqətinin təbliğatına orada davam edir. Müridləri ilə birlikdə davamlı olaraq kütləvi intiharların məşqini edir və kütləvi ölümün müqəddəs olduğunu onlara təlqin edirdi.

Həmin dövürdə xüsusilə Respublikaçılar Consu tənqid edirdilər və iddia edirdilər ki, o təriqət üzvlərinə qarşı hüquq pozuntuları həyata keçirir və buna görə senatorlardan və mətbuat nümayəndələrindən ibarət bir qrupu oraya göndərir.  Həmin qrupun bölgəyə gəlməsi ilə vəziyyət nəzarətdən çıxır. Oradan ayrılmaq istəyən bir neçə insanı qrupla birlikdə təyyarəyə minərkən onlara silahdan atəş açılır və beş nəfər dünyasını dəyişir. Hadisənin baş vermə səbəbini öyrənmək üçün mətbuat nümayəndələri və təhlükəsizlik gücləri  bölgəyə çatanda böyük sarsıntı keçirmişdilər. Onlar Cim Cons və müridlərindən ibarət 911 adamın  sianid içərək kütləvi intihar etməsinin şahidi olmuşdular. Hadisədən sonra aparılan araşdırmada məlum olmuşdu ki, Cim Cons kütləvi intiharlar zamanı özünü başından güllə ilə vuraraq intihar etmişdi.

Araşdırmalar sırasında ortaya çıxan sənədlərdə məlum olmuşdu ki, Cim Cons kütləvi intihardan öncə səs gücləndiricilər vasitəsilə böyük seans təşkil etmiş müridlərini saxta cənnətin olduğuna inandırdığına dair səs yazmaları ortaya çıxmışdı. Tarixə keçən bu qanlı hadisə ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Cim Cons iddia olunduğuna görə Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlı olub.  İddiaya görə Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən onu zəngin etmişdi. Onlar Mega Ultra lahiyəsində Cim Consun müridlərindən istifadə ediblər. Constaun qəsəbəsində Meqa  Ultra lahiyəsi çərçivəsində təxminən 200 min insana  narkotik vasitələrdən asılı vəziyyətə salaraq beyinləri üzərində nəzarət etmə təcrübəsi aparmışdı. Digər bir iddiaya görə  Mega Ultra lahiyəsi dövründə  kütləvi intiharlara sövq edilməsi səbəbi ilə Constaun qəsəbəsində 911 insanın kütləvi  intiharı qeydə alınmışdı.

Bu hadisələrdən sonra əslində Cim Consun intihar etmədiyi iddia olunurdu. Oğlu tərəfindən verilən məlumata görə atası narkotik vasitələrdən asılı bir şəxs idi. Cim Consun ətrafında olan insanlar  onu  fövqəl bir insan hesab edirdilər. Hər nə qədər iddialar bitməsə də  saxta cənnət səbəbi ilə yüzlərlə insanın həyatına son verməsi  tarixin ən qanlı hadisəsinə çevrilmişdi.

Kamran Əliyev / Faktor.az

 









Redaktorun seçimi