Bəşəriyyət tarixinin ən dəhşətli ili - Alimlərdən açıqlama

Hit: 556
Bəşəriyyət tarixinin ən dəhşətli ili - Alimlərdən açıqlama

Harvard universitetinin alimləri bəşəriyyət tarixinin ən dəhşətli ilini açıqlayıblar.

Faktor.az "ölkə.az"-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, 536-cı il bəşəriyyət tarixinin ən dəhşətli ilidir.

Alimlər bildiriblər ki, məhz bu ildə dəhşətli vulkan püskürmələri baş verib. Vulkan püskürmələri isə soyuqlarla müşayət edilib. Tədqiqatçılar Qrenlandiya və Antarktidada yüzillik buz nümunələrini incələyiblər. Buzun üzərində kül qalıntıları olub və analizlər külün 536-cı ilə aid olduğunu müəyyən edib. Bu il Bizans imperatoru I Yustinianın 10-cu hakimiyyət ilidir. Məhz bu ildə Şimal yarımkürəsində bir neçə min ilin ən kəskin illik orta tempratur göstəricisi aşağı düşüb. Alimlər qeyd edirlər ki, 536-cı ildə Günəş Yeri isitməyib.
Növbəti dəhşətli vulkan 540-cı ildə püskürüb. Bunun nəticəsində isə "Yustinian vəbası" yayılıb. Bu zaman quraqlıq, məhsulsuzluq və aclıq dövrü başlayıb. İnsanların kütləvi köçü, müharibələr baş verib. Nəticədə xeyli insan həlak olub.

Amma yüz il sonra növbəti iqtisadi artım başladı. Bu isə gümüş mədənlərindən gümüşün əldə edilməsi, sikkə kəsilməsi ilə əlaqədar idi.









Redaktorun seçimi