Üzdəki sızanaqlara səbəb mobil telefondur

Hit: 286
Üzdəki sızanaqlara səbəb mobil telefondur

Üzdəki sızanaqların yaranma səbəblərindən biri də mobil telefonu imiş.

Milli.Az xəbər verir ki, bunu "The Skincare Bible"-in (Üz baxımı üzrə müqəddəs kitab) müəllifi həkim Anjali Mahto söyləyib.

O bildirib ki, üzdə, sinədə və kürəkdə sızanaqların yaranmasına səbəb buradakı yağ ifraz edən vəzilərin digər bölgələrə nisbətən çoxluğudur.

Anjalinin dediyinə görə alındakı sızanaqların səbəbi saça vurulan spreylər və lazerdir.

Anjali hesab edir ki, yanaqlardakı sızanaqların səbəblərindən biri də mobil telefonlardır.

Mobil telefonların çirki ekranları qızıb, oklüziya olması nəticəsində üzdəki yağ vəziləri hərəkətə gəlir.

O tövsiyə edir ki, bu səbəbdən mobil telefonların ekranını daima təmiz saxlamaq lazımdır.









Redaktorun seçimi