Rusiya iqtisadiyatına yön verən nüfuzlu azərbaycanlı Sergey Lavrovu belə geridə qoydu

Hit: 381
Rusiya  iqtisadiyatına yön verən nüfuzlu azərbaycanlı Sergey Lavrovu belə geridə  qoydu

 Öz sərvəti və cəmiyyətdə tutduğu mövqeyinə görə dünyada nüfuz sahibi olan insanlar arasında Azərbaycanların da adları var. Onlardan biridə  “Lukoyl” un rəhbəri Vahid Ələkbərovdur.

Vahid Ələkbərov dünyanın ən nüfuzlu insanları siyahısında Rusiyanın Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev,  Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu da geridə qoyub.

 Kimdir Vahid Ələkbərov?

Vahid Ələkbərov1 sentyabr 1950-ci ildə Bakının  o vaxtkı Razin qəsəbəsində əslən Cənubi Azərbaycandan olan Yusif Ələkbərovun ailəsində  anadan olmuşdur.  

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci  ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü  ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur.

Bir şeyi qeyd edək ki, O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes"  jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub.

 









Redaktorun seçimi