Bütün müharibələrdə Amerikaya komandanlıq edən insan

Hit: 384
Bütün müharibələrdə Amerikaya komandanlıq edən insan

Duqlas Makartur 1880-1964-cü illər aralığında hər iki dünya müharibəsində Amerikaya komandanlıq etmiş  və böyük nailiyyətlər qazanmışdı. Demək olar ki,  gənc yaşından öldüyü ana qədər hərbçi olmuşdu. Birinci Dünya müharibəsində bir bölüyə, İkinci Dünya müharibəsində Sakit okean cəbhəsində müttəfiq güclərin böyük bir hissəsinə və son olaraq Koreya müharibəsində Birləşmiş Millətlər Təşkilatından ibarət qüvvələrə komandanlıq etmişdi.

Onun haqqında hər nə qədər mübahisə getsə də Amerikanın yetişdirdiyi ən böyük hərbi beyinlərdən hesab olunur. Komandanlığı altında xidmət edən əsgərlərin bəzilər onu çox sevmiş bəziləri də nifrət etmişdi. Həm quru həm də dəniz döyüşlərində nümayiş etdirdiyi ustalığı sayəsində ən az itki ilə müharibəni qazanması təqdirə layiq hesab olunmuşdu. Duqlas Makartur Arkanzas ştatında hərbçi ailəsində anadan olmuşdu. Atası Amerika vətəndaş müharibəsində şərəf medalı ilə təltif olunmuş, İspaniya Amerika müharibəsində hərbçi kimi xidmət etmişdi. Makartur da atasının getdiyi yolu davam etmək istəmişdi. Amerikanın o dövrdə məşhur hərbi məktəbi olan Vest Pointə daxil olmuş oranı bitirdikdən sonra kiçik leytenant rütbəsini 1903-cü ildə almışdı.

Makartur 1904-cü ildə Meksika müharibəsinə qoşulmuş, Rusiya Yaponiya müharibəsini yaxından izləmişdi. Bundan sonra prezidentin hərbi məsləhətçisi olan Makartur 1917-ci ildə Amerikanın Almaniyaya müharibə elan etməsi ilə Fransaya getmişdi. Makartur 1917-ci ildə Avropa qitəsində müharibəyə qoşulmuş ən gənc komandan olaraq tanınmışdı. Əsgərlərinə əmr etmişdi ki, arxanıza baxmadan irəliyə gedin. Döyüşlərdə qaz əleyhinə maskalardan istifadə etməmişdi. Müharibədə qamçıdan xaric heç bir silahdan istifadə etməmişdi. Döyüşlərdə göstərdiyi şücaətlərə görə 4 gümüş ulduz medalı ilə təltif olunmuşdu.

Müharibə sona çatandan sonra da Avropada qalmış 39 yaşında məzun olduğu məktəbə qayıtmışdı. Məktəbdə daxili qayda qanunu daha da inkişaf etdirmiş  daha sonra baş qərargah rəhbəri olaraq general rütbəsi ilə təltif olunmuşdu. Daha sonra Makartur 1935-ci ildə Fillipinə gedərək ordunun qurulmasında və hərbçilərin təhsil almasında məsləhətçi kimi fəaliyyət göstərmişdi. 1937-ci ildə təqaüdə çıxandan sonra marşal rütbəsi almış və Fillipində qalmışdı. Artıq təqaüdə çıxmışdı və tətilə getməyə hazırlaşırdı lakin hər şey daha yeni başlayırdı. Yaponiyanın daha aqressiv davranışlarını görən Amerika  Müdafiə Nazirliyi 1947-ci ildə onu Uzaq Şərqə Amerika qüvvələrinə  komandan olaraq vəzifə vermişdi.

Perl Harbor hücumunda 9 saat əvvəl hücum olunacağı barədə xəbərdarlıq alsa da özünə həddən artıq güvənməsi nəticəsində bütün hərbi donanma uğursuzluq ilə qarşılaşmışdı. Fillipində baş vermiş döyüşlər zamanı əsgərlərin daima əhval ruhiyyəsinin yüksək olmasına çalışırdı. Ancaq 1942-ci ildə oranı birdəfəlik tərk etmişdi. Avstraliyada onu şərəf medalı ilə təltif etmişdilər bununla da Makartur Sakit okeanında baş verən döyüşlərə qatılmışdı. Fillipində 1944-cü ildə yaponlar Makartura qarşı döyüşlərə başlamışdı. Amerikalıların 8000 itkisinə qarşı yaponlar 192000 əsgərini itirmişdi. Müharibə karyerası boyunca Makartur öz ağlı, strategiyası ilə böyük uğur qazanmışdı. Cəsarəti ilə düşmənlərini qorxuya sala bilmişdi. Dekabr ayında general rütbəsi alan Makartur Yaponiyanın təslim olması ilə bağlı sənədi Amerikanın adından imzalamışdı. Yaponiyanın yenidən qurulmasında böyük rol oynamışdı.

Koreya yarımadasında 1950-ci ildə baş vermiş Koreya müharibəsində Birləşmiş Millətlər qüvvələrinə rəhbərlik etmişdi. Ancaq müharibə gedən zaman Çinə nüvə silahından hücum etmə təklifi etmiş və bu təklifi təkidlə müdafiə etmişdi. ABŞ prezidenti Truman bu səbəbdən 1951-ci ildə onu bu vəzifədən geri alır. 1937-ci ildən bəri ölkəsində olmayan Makartur ölkəsinə qayıdanda Nyu York şəhərində onu 7 milyon insan qarşılamışdı. Makartur 1964-cü ildə 84 yaşında vəfat etmişdi. Özünü xəsis və eqoist hesab etmədiyi təqdirdə onu bu cür təsvir edirdilər. Özünün dediyinə görə oxuyub yazmağı öyrənmədən əvvəl atəş açmağı bacarırdı.

Kamran Əliyev / Faktor.az

 









Redaktorun seçimi