Xərçəngi yox edən İNANILMAZ KƏŞF - Türkiyəli alimlərdən UNİKAL ADDIM

Hit: 277
Xərçəngi yox edən İNANILMAZ KƏŞF - Türkiyəli alimlərdən UNİKAL ADDIM

Türkiyənin Ege Universitetinin Nüvə Elmləri Fakültəsində aparılan geniş araşdırmada mədəaltı vəzi xərçənginin diaqnozu və müalicəsində istifadə edilən yeni maddə tapılıb.

Publika.az xəbər verir ki, araşdırmada xərçəngin diaqnozu və müalicəsində istifadə ediləcək, toxumalara zərər vermədən xərçəng hüceyrələrinin ölməsini təmin edəcək maddə kəşf edilib.

 

Araşdırmaya Ege Univeristeti Nüvə Proqramları Şöbəsinin üzvü, professor Fatma Yurd Onaran və Tibb Fakültəsi Tibbi Biologiya Şöbəsinin dekanı professor Cumhur Gündüz başçılıq edib.

Professorlar bildirib ki, əldə edilən maddə xüsusi olduğu üçün normal hüceyrələrə əks-təsir göstərmir. Bu maddə, eyni zamanda, fotoaktiv özəlliyə sahibdir. Müəyyən bir işıq dalğası uzunluğunda işıq tətbiq edildiyində verdiyi təsir sayəsində xərçəng hüceyrələrinin ölməsinə səbəb olur. Maddənin əldə edilməsi isə olduqca ucuz başa gəlir.









Redaktorun seçimi