Yupiter üzərində qəribə buludlar - NASA foto yaydı

Hit: 439
Yupiter üzərində qəribə buludlar - NASA foto yaydı

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterin Şimal yarımkürəsində çəkilmiş "bükülmüş" buludların foto-şəkillərini yayımlayıb.

Faktor.az teleqraf.com-a istinadən bildirir ki, görüntü üst bulud qatından 7000 kilometr məsafə uzaqlıqdan - "Juno" kosmik cihazı tərəfindən əldə edilib.

Fotolarda bir neçə "pop-up" formalı fiqurlarla yanaşı, "Ağ Oval" adlandırılan anti-klonik qasırğanı görmək mümkündür.

"Juno" 2011-ci ildə Yupiterin tədqiqatı üçün hazırlanıb və 2016-cı ildə fəaliyyətə başlayıb.

Aparatın missiyasına planetin qravitasiya və maqnit sahələrinin öyrənilməsi, habelə Yupiterin möhkəm bir nüvəyə malik olduğu hipotezini sınaqdan keçirmək daxildir.









Redaktorun seçimi