"Süd yolu"ndan da qədim yeni qalaktika kəşf edildi

Hit: 348
"Süd yolu"ndan da qədim yeni qalaktika kəşf edildi

Avropa Kosmik Agentliyinin (ESA) “Qaia” kosmik teleskopu “Süd yolu” qalaktikasının disk buludunun arxasında naməlum qalaktika kəşf edib.

Publika.az “Phys.org” saytına istinadən xəbər verir ki, “Qaia”nın optik qeydlərini analiz edən beynəlxalq astronomlardan ibarət araşdırma qrupu yeni qalaktikaya "Antlia 2 (Ant 2)" adını verib.

“Antlia 2” “Süd yolu”nun üçdən biri boyda olmasına baxmayaraq, işıq səviyyəsi aşağı olduğundan bu günə qədər kəşf edilməmiş qalıb.

 

Qeyd edək ki, bu tip kiçik qalaktikalar dünyanın erkən yaranma prosesində ortaya çıxan, buna görə də ulduzları qədim, parlaqlığı az olan kosmik varlıqlardır.









Redaktorun seçimi