Almanların böyük yalan ustası

Hit: 594
Almanların böyük yalan ustası

Dr. Paul Yozef Gebbels 1897-1945-ci illər aralığında faşist Almaniyasının təbliğat naziri vəzifəsində çalışıb. Hitlerin ən yaxın tərəfdaşı və yüz illiyin ən yaxşı təbliğat mütəxəssisi olduğu deyilirdi. Yozef Gebbels Almaniya İmperiyasında anadan olmuş, 1917-ci ildə liseyi bitirmişdi. Anadangəlmə fiziki məhdudiyyəti olduğundan onu orduya qəbul etməmişdilər. Daha sonra Gebbels qədim dünya tarixi və Alman filologiyası üzrə təhsil alıb. Gebbels 1925-ci ildə alman miliyyətçi partiyası ilə tanış olur  və daha sonra gələcəkdə Almaniyanı birlikdə idarə edəcək Hitler ilə tanış olur və onun yaxın dostuna çevrilir. Gebbels 1933-cü ildə müəmmalı şəkildə  miliyyətçi partiyasının iclasında baş vermiş yanğından sonra iqtidara gəlmiş və təbliğat naziri işləmişdi.

Almaniyanın fəal yalan üzərində qurulmuş təbliğat üsullarını yaradan və onu həyata keçirən bir şəxs idi. Həyata keçirdiyi təbliğat üsulları ilə xalq hökumətə inanmış və İkinci Dünya müharibəsi boyunca bu ideologiya naminə mübarizə aparırdılar. Dünya tarixində 6  milyon yəhudinin ölümündə təqsirli bilinən insanlardan idi. Mükəmməl təhsil almış Gebbels demişdi ki, Xristianlıq ona görə güclüdür ki, 2000 ildir eyni şeyi həyata keçirə bilirlər. Sağ  ayağının sol ayağından qısa olduğuna görə onu orduya  qoşulmağa icazə verməmişdilər. Ancaq enerjili bir insan olduğu deyilirdi.

Fəaliyyətinin təməl prinsipi “Elə bir yalan de ki, hər kəs inansın” olmuşdu. Gebbels o qədər güclü yalan ustası idi ki, həqiqəti o qədər ustalıqla kamuflyaj edirdilər ki, insanlar bu yalana inanırdılar. Gebbels böyük yalan nəzəriyyəsini  ustalıqla aldatma və hipnoz vasitəsilə həyata keçirirdi. Xüsusilə də böyük maliyə dəstəyi ilə mətbuat orqanlarında strateji  və təsirli təbliğat üsullarını həyata keçirirdi. Gebbelsin həyata keçirdiyi ilk iş mövcud qanunları öz xeyrinə dəyişərək polis və kəşfiyyat orqanlarının sayını artırmaq idi.

Beləcə qarşısına çıxa biləcək maneələri aradan götürərək yazılı mediaya və televiziyaya  nəzarəti ələ almağı bacardı. Bununla da xalqın beynini yuyaraq müxtəlif yalanları onlara doğru olaraq qəbul etdirmişdi. Gebbels Hitlerə ən böyük dəstək verən şəxs olub davamlı olaraq onun yanında olmuşdu. Müharibənin sonuna yaxın Hitlerin intihar etməsi ilə bir günlük də olsa dövlətin başına keçmişdi.  Hitlerin ölümündən sonra bizim uşaqlarımız rəhbərsiz dövlətdə böyüyə bilməz deyərək öz altı uşağını zəhərləyərək öldürmüşdü.  Uşaqlarını zəhərlədikdən sonra özünü və həyat yoldaşını vuraraq intihar etmişdi. Gebbelsin vəsiyyətinə görə onun və həyat yoldaşının cəsədi yandırılmalı idi.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi