Dünyanın ilk ateist dövlətini quran adam

Hit: 642
Dünyanın ilk ateist dövlətini quran adam

Ənvər Hoca dünyanın ilk ateist dövləti olan Albaniyanın rəhbəridir. O 1985-ci il ölüm tarixinə qədər idarə etdiyi dövlətin rəhbəri və bu günə qədər mübahisə obyekti olan və dünya siyasətində əhəmiyyətli fiqur olan bir şəxs idi. Ənvər Hoca o vaxt ki, Osmanlı imperiyasının tərkibində olan Albaniyanın bir qəsəbəsində anadan olmuşdu. Müəllimləri ona 1908-ci ildə İslamı tədris etmiş daha sonra isə Fransaya gedərək kommunizm ilə yaxından tanış olmuşdu.

Onun yazılar Fransada çap edilməyə başlamış, ölkəsinə qayıdanda  kommunist fəaliyyəti ilə məşğul olmuş ancaq İtalyanın Albaniyanı işğal etməsi səbəbi ilə onun fəaliyyətinə qadağa qoyulmuşdu. Bundan sonra isə o, öz qəsəbəsinə qayıtmış və ticarət ilə məşğul olmağa başlamışdı. Onun açdığı tütün fabriki sonradan İtaliya əleyhinə kommunist təşkilatına çevrilmişdi. Ənvər Hoca 1940-cı ildə faşistlərə qarşı təşkilatlanmış və kommunist partiyasının baş katibi kimi fəaliyyət göstərmişdi. Müharibədən sonra 1946-cı ildə Sovet yönümlü kommunist rejimini yaratdığını elan etmiş və dövlətin başına keçmişdi. Müharibədən sonra təşkil olunan Paris Sülh Konfransında Albaniyanın sərhəd hüquqlarını zəmanət altına almış və beləcə xarici siyasətdə uğur qazanmağa başlamışdı. O, xüsusilə ölkənin şimalında uğur qazana bilmişdi lakin ona daxildə müxalif olanlar var idi.

Ənvər Hocanın SSRİ-nin rəhbəri Stalin ilə çox yaxın münasibətləri olduğu təqdirdə Yuqoslaviyanın rəhbəri Tito ilə münasibətləri arzu olunan səviyyədə deyildi. Ölkə müxalifəti Yuqoslaviya ilə birləşməyin tərəfdarı idi. Həmin dövrdə öz tərəfdarlarını ətrafında birləşdirən Ənvər Hoca özünə müxalif olanları aradan götürmək ilə öz hakimiyyətini qurmağa nail oldu.

Stalinin ölümündən sonra hakimiyyətə gələn Xruşov ilə münasibətləri pisləşən Ənvər Hoca Çin ilə əlaqələri möhkəmləndirməyə başladı. Ancaq daha sonra da Çini tənqid etməyə başlamışdı. Ənvər Hoca düşünürdü ki, Albaniyanın inkişaf etməsi üçün onun dünya ölkələrindən təcrid olunması lazımdır və beləliklə o Albaniyanı qapalı bir dövlətə çevirdi. Bu işlər sayəsində çox böyük nailiyyətlər qazanmış, insanların ömrü uzanmış bir sözlə xalq rifah halında yaşamağa başlamışdı.

O, 1967-ci ildə ölkəni dini təzyiqlərdən xilas edəcəyini deyərək dünyanın ilk ateist dövlətini yaratdığını elan etmişdi. Ənvər Hoca iqtidara hərisliyini nümayiş etdirməyə başlamış və ətrafındakı müxalifət nümayəndələrini amansızcasına sıradan çıxarmağa başlamışdı. Bu səbəbdən də onu diktator olaraq çağırırdılar. Ölkədə qərb və müxalifət tərəfdarlarını edam belə etmişdi. Orduda ona qarşı üsyan ediləcəyini biləndən sonra bir çox generalı asmışdı. Bu dövrdən sonra ölkədə baş vermiş fəlakətlər vəziyyəti çətinləşdirmişdi. Qərbin yardım etmək istəyini Ənvər Hoca qətiyyətlə rədd etmişdi. Ənvər Hocada 1983-cü ildə şəkər xəstəliyi tapılmış bu səbəbdən də beyin qanaması keçirərək 1984-cü ildə vəfat etmişdi. Onun yerinə keçən hakimiyyət Qərbə yaxınlaşmaq istiqaməti götürmüşdü.

Qəribədir ki, Ənvər Hocanın hakimiyyəti dövründə cinayət səviyyəsi aşağı düşmüş insanların uzun ömürlüyü artmışdı. O, dövrdə hüquq qanunları çox acımasız idi. Qatillər öz qurbanları ilə eyni qəbirstanlığda dəfn edilirdi. Cinayətkarlara şəriət qaydalarına uyğun olan cəzalar tətbiq olunurdu. Ənvər adı ona ailəsi tərəfindən verilmişdi. Bu adın  ona o dövrdə  Albaniyada fəaliyyət göstərən Osmanlı imperiyasının hərbçisi olan Ənvər Paşanın  şərəfinə verilmişdi. Ənvər Hoca bugünə qədər tənqid olunan və Albaniyada sevilməyən bir şəxsdir. Acımasız diktator yoxsa xalq qəhrəmanı olduğu hələ də tam olaraq müəyyən olunmayıb. Soyadına uyğun olaraq Hocaizm adı verilən düşüncə tərzi mövcuddur.

Kamran Əliyev / Faktor.az

 









Redaktorun seçimi