Uşaqlara zorakılığı öyrədən oyuncaq - VİDEO

160 dəfə oxunub
Uşaqlara  zorakılığı öyrədən oyuncaq - VİDEO

Bir uşaq doğulandan böyüyənə qədər ətrafında olan insanları təqlid edib böyüyər və öz davranışları buna görə formalaşar. Bu vəziyyəti Albert Bandura adlı psixoloq həkim sosial öyrənmə qaydaları kimi müəyyən etmiş və bu qaydaları dəstəkləmək üçün heyrətamiz bir sınaq həyata keçirmişdi.

Albert Bandura 1925-ci ildə Kanadada doğulmuşdu. Atasının təhsilə verdiyi  böyük əhəmiyyət sayəsində Britaniya Kolmbiyası Universitetinə daxil olub. Mühəndislik fakultəsində oxuyarkən psixologiyaya olan marağı onun ixtisasını dəyişməyə sövq etmişdi. Bununla da o psixologiya karyerasına başlamışdı. Sosial öyrənmə qaydaları mülahizələrinə əsasən uşaqlar dünyaya göz açandan etibarən vizual və təqlid yolu ilə digər davranışları öyrənməsi zorakılığı formalaşdıran amildir.

Albert Banduranın ən məşhur təcrübələrindən biri Bobo adlı oyuncaq təcrübədir. Bobo Doll adı verilmiş plastik oyuncağa yetkin bir insan müxtəlif formada zorakılıq tətbiq edir. Oyuncağın başına çəkiclə vurulur, havaya atılır, üstündə oturulur. Bütün bu hərəkətlər lentə alınır və uşaqlara göstərilir.

Bundan sonra isə uşaqlar bir-bir Bobo ilə otaqda tək qalırlar. Videoya baxan uşaqlar eyni hərəkətləri oyuncağın üzərində tətbiq etməyə başlayırlar və oyuncağa hücum edirlər. Bu təcrübədə uşaqlar yeni zorakılıq üsulları öyrəniblər həm də yetkin insanlardan gördükləri  zorakılıq üsullarını təkrarlamışdı.

Təcrübədə iştirak etmiş birinci qrup uşaqlara heç bir cəza verilməz. İkinci qrup uşaqlara bu davranışlarından dolayı cəza verilir. Üçüncü qrup uşaqlar isə sadəcə bu prosesi müşahidə edirdilər. Cəza verilmiş uşaqlar eyni hərəkəti təkrarlamaq istəməyiblər. Bandura bu heyrətamiz təcrübə sayəsində müəyyən etmişdi ki, uşaqlar yemək, içmək və danışmaq kimi vərdişləri ilə yanaşı zorakılıq kimi davranışları da vizual və təqlid yolu ilə öyrənirlər. Albert Bandura bu təcrübə sayəsində müxtəlif mükafatlar almışdı. Psixologiya sahəsində qazandığı uğurlar Bobo Doll təcrübəsində nümayiş etdirmişdi. Bu təcrübə nə qədər qorxunc görünsə də Bobo Doll təcrübəsi psixologiya sahəsində tarixə düşən əhəmiyyətli təcrübə hesab olunur.

Kamran Əliyev / Faktor.az



Redaktorun seçimi