Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTOLAR

128 dəfə oxunub
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTOLAR

Mart ayında vəfat edən ingilis fizik Stiven Hokinqin 22 şəxsi əşyası auksionda satılıb.

Faktor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, satılan əşyaların dəyəri ümumilikdə 1 milyon 824 min 375 funt-sterlinq edib. Hokinqin imzaladığı doktorantura dissertasiyası 584 min 750 funta, "Zamanın qısa tarixi" kitabı 150 minə, "Simpsonlar" cizgi filminin Hokinqdən bəhs edən seriyasının ssenarisi 6250, fizikin 1980-1990-cı illərdə istifadə etdiyi kreslo 296 min 750 funta satılıb. Əldə edilən məbləğ Stiven Hokinq Fondu və Motor Neyron Xəstəliyi Birliyinə veriləcək.

1
1
1



Redaktorun seçimi