Avropalılara riyaziyyatı öyrədən müsəlman alim

190 dəfə oxunub
Avropalılara riyaziyyatı öyrədən müsəlman alim

Əl Xarəzmi, əsl adı Abdullah Məhəmməd bin Musa Əl Xarəzmi fars mənşəli bir alim olub riyaziyyat, coğrafiya, astronomiya sahəsində önəmli fəaliyyətlər göstərmişdi. Xüsusilə riyaziyyat sahəsində həyata keçirdiyi işlər 12-ci əsrdə latın dilinə tərcümə edilib. Əl Xarəzmi Özbəkistanda yerləşən Xarəzm bölgəsində anadan olub. Doğum tarixi barədə dəqiq bir məlumat olmasa da 850-ci ildə Bağdadda vəfat etməyi məlumdur. Müsəılmanlar İranı fəth etdikdən sonra Əl Xarəzmi elmə böyük bir əhəmiyyət verən xəlifə Əl-Məmun tərəfindən Bağdada gətirilir. Əl Xarəzmi öz elmi işlərinin çoxunu 813—833-cü illər aralığında həyata keçirmiş və Bağdadda Beytül Hikmədə fəaliyyət göstərmişdi. Buradakı əsas işi yunan, qədim Misir, ərəb və hind əsərlərini tərcümə edib onları dərindən araşdırmaq olub.  Əl Xarəzmi Hindistana etdiyi səyahət zamanı hindlilərin onluq rəqəmlər istifadə etdiklərini eyni zamanda hecalar əvəzinə rəqəmlərdən ibarət bir sistemdən istifadə etdiklərini müəyyən etmişdi. Əl Xarəzminin 820-ci ildə yazdığı kitabı 12-ci əsrdə Xaç yürüşləri zamanı Avropaya gətirilmişdi. Bundan sonra Avropalılar Əl Xarəzmini yaxından tanıyıb sıfır rəqəmi barədə öyrənmişdilər. Əl Xarəzminin beləliklə bir çox kitabı latın dilinə tərcümə edilmişdi. Əl Xarəzminin Hesab-ül Cəbir Müqabələ kitabında 1-ci dərəcəli və 2-ci dərəcəli tənliklərin həllərinin ətraflı şəkildə təsvir etmişdi. Beləliklə Cəbiri ayrıca elm kimi müəyyən edən Əl Xarəzmi Cəbirin atası kimi qəbul olunub.

Müasir dövrümüzdə istifadə etdiyimiz riyazi terminlər onun sayəsində yaranıb. Misal üçün Cəbir kəlməsi iki qeyri-müəyyən tənliklərin həll edilməsi üçün iki ədəd üsulundan istifadə edərək əl-cəbir sözündən törəmiş və günümüzə qədər gəlib çatmışdır. Əl Xarəzmi dünya tarixində ilk dəfə olaraq qeyri-müəyyənliyi göstərən X işarəsindən və 0 rəqəmindən istifadə edən şəxsdir. Əl Xarəzmi riyaziyyatdan əlavə astronomiya və coğrafiya sahəsində həyata keçirdiyi fəaliyyətlər ilə də ön plana çıxmışdır. Şam şəhərində yerləşən Qasiyun rəsədxanasını yaradan şəxslərdən biridir. Ayrıca olaraq Yer kürəsinin 1-ci dərəcəli meridian bucağını müəyyən etmək üçün Sincar düzənliyində araşdırma həyata keçirən heyətin tərkibinə daxil idi. Bizim eradan əvvəl 85-165-ci illər aralığında yaşamış yunan coğrafiyaşünası, riyaziyyatçısı və astronomu olan Ptolomeyin coğrafiya adlı əsərini araşdıraraq yenidən yazmışdır. Xüsusilə də Ptolomeyin Kanar adalarından başlayaraq Aralıq dənizi sahillərinə qədər olan xəritədəki fərqliliklərə öz düzəlişini etmişdi. Xəlifə Məmnunun 830-cu ildə dünya xəritəsini hazırlamaq tapşırığı verən alimlər qrupunun tərkibində Əl Xarəzmi də yer almışdı. Əl Xarəzmi gənc yaşlarında olanda onun Zərdüşt olduğu iddia edilirdi lakin Cəbir əsərinin önsöz olaraq istifadə etdiyi sözlərdən belə məlum olur ki, o İslamın Süni təriqətindəndir. Avropalılar Əl Xarəzmin əsərlərindən olduqca təsirlənmişdilər. Hətta 1600-cü ilə qədər Əl Xarəzminin  Cəbir kitabı Avropa universitetlərində tədris olunan əsas riyaziyyat kitabı idi. Fibonaççi Bekon kimi məşhur alimlər onun əsərlərindən heyran olduqlarını qeyd etmişlər və onun əsərlərinə istinad etmişlər.

Kamran Əliyev / Faktor.az



Redaktorun seçimi