Yakutzalar kimlərdir?

209 dəfə oxunub
Yakutzalar kimlərdir?

Yakutza deyiləndə ağıla gələn ilk fikir Holivud filmləri və yapon mafiyasıdır. Xüsusilıə Sovet İttifaqının çöküşündən sonra Hollivud Yakutzanı rəqib və düşmən kimi göstərməyə başladı. Yakutza əslində filmlərdən əlavə yapon həqiqətidir.

Yakutza əslində yapon mafiyası olan gizli bir təşkilatdır. Ancaq digər mafiyalardan fərqli olaraq onlar gizli fəaliyyət göstərmirlər. Əslində Yakutza dövlət ilə sıx əməkdaşlıq edir. Yakutzanın əsl vəzifəsi dövləti hər şeydən üstün tutmaqdır. Yapon dövləti xüsusilə də polis və bürokratlar Yakutza ilə yaxın əlaqədədirlər.

Yakutzalar bir piramida şəklində təşkilatlanmışdılar Ən alt səviyyədən üst səviyyəyə qədər piramida şəklində təşkilatlanan Yakutza öz sıralarına sağ yönümlü və miliyyətçi gəncləri toplayırlar. Təşkilata seçilən gənclər sonradan yapon mədəniyyətinə, Yakutza qaydalarına uyğun olaraq fəaliyyət göstərirlər. Yakutzalar öz döymələri, qara kostyum, ağ köynək, üzləri qırxılı və qara eynəklər ilə diqqət çəkirlər. Yakutzaların əsas məqsədi dövlət olduğundan dövlətin adından bölgədəki iş adamlarından xərac toplayırlar. Xərac vermək istəməyən iş adamları polis tərəfindən araşdırılır və xərac verilənə qədər onlara təzyiq edilir. Yakutza və xərac artıq yapon mədəniyyətinin bir hissəsi olmuşdur. Bunda əlavə Yakutza Əfqanıstan, Pakistan, İran və Çin kimi ölkələrdən narkotik vasitələrin daşınmasına nəzarət edir və üzvlərinin  açıq şəkildə narkotik vasitə satdığı deyilir.

Digər bir gəlir mənbələri isə insan alveridir. Onlar Braziliya, Çin və Taylanddan qadınları gətirərək Yaponiyaya gələn turistlər üçün cinsi istismara sövq edirlər. Yakutzaların deyilənə görə ən böyük gəlir mənbələri bu sahələrdir. Dövlət Yakutzanın bu fəaliyyətindən xəbərdardır və buna göz yumur. Bunun səbəbi odur ki, Yakutza dövlət ilə yaxın münasibətdədi.  Yakutzaların ən diqqət çəkən xüsusiyyəti fərqli  döymələri  və əgər kimsə hansısa səhvə yol verərsə həmin adamların çeçələ barmağının kəsilməsidir. Yakutza əsasən ictimai yerlərdə ümumi asayişə nəzarət edir,  həddini aşmadan həqiqi cinayətkarları polisə təslim edirlər. Yakutzaların  Tokionun ən ucqar bölgələrindən tutmuş ən böyük şirkətlərə qədər öz təsir effekti var. Onların çox nəhəng şirkətlərə sahib olduqları iddia olunur.  Yakutza adının mənası 893 rəqəmlərinin arda arda düzülməsi ilə əmələ gəlib. Bunun kökü yapon kart oyunundan  götürülüb.  Yakutza dünyanın ən təhlükəli və ənənəvi mafiyalarından biridir.  İddialara görə dünyada narkotik vasitələrin daşımalarının böyük bir hissəsinə nəzarət edir.

Kamran Əliyev / Faktor.az



Redaktorun seçimi