"Facebook" seçkiyə görə onlarla hesabı bağladı

127 dəfə oxunub
"Facebook" seçkiyə görə onlarla hesabı bağladı

"Facebook" şirkəti ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri öncəsi müəyyən dairələrə bağlılığı olmaqda şübhəli bilinən onlarla hesabı bloklayıb.

Faktor.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,bu barədə sosial şəbəkənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, hesabların bağlanması ilə bağlı sosial şəbəkə rəhbərliyinə ABŞ hüquq-mühafizə orqanlarından müraciət daxil olub.

Qeyd edək ki, bundan əvvəl aparılan araşdırma zamanı koordinasiyalı aktivlikdə şübhəli bilinən 30 "Facebook" və 85 "İnstagram" hesabı bağlanıb.  Həmin vaxt bildirilirdi ki, "Facebook"da blok edilən hesablar rus və ya fransız dilində paylaşımlar edirmiş, "İnstagram" hesablarında isə paylaşımlar ingilis dilində olub.



Redaktorun seçimi