Rafael Hüseynov: Bu pulla hansı kinodan danışmaq olar?

32 dəfə oxunub
Rafael Hüseynov: Bu pulla hansı kinodan danışmaq olar?

Biz çox xoşbəxt insanlarıq və bunun fərqinə varmalıyıq. Arxaya, geriyə dönüb, keçib gəldiyimiz yola, tariximizə baxmalıyıq ki, haradan haraya gəlmişik.

Biz  növbəti ilin büdcəsini ikinci müstəqilliyimizin 28-ci ilinə keçiddə, birinci istiqlalımızın  artıq 101-ci ilində müzakirə edirik. Bu, böyük xoşbəxtlikdir və istiqalalımızın, müstəqilliyimizin qədrini, dəyərini bilməliyik.

Oxu.Az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

“Ancaq onu da deyim ki, əgər bu gün mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi yenə sıfırın altındadırsa, biz o zaman  istədiyimiz, arzuladığımız nəticələrə çətin çata bilərik. Yalnız o zaman Amerikanın, Çinin, digərlərinin qarşısına çıxa bnilərik ki, mədəniyyətimiz güclü olsun.

Hansı ki, biz tarixən mədəniyyət ölkəsi sayılırıq”, - deyən komitə sədrinin sözlərinə görə, büdcədə bunun əksini görmürük, büdcədə mədəniyyətə ayrılan vəsait, demək olar ki, yox dərəcəsindədir. 

“Biz Niyaziləri, Qara Qarayevləri, Səttar Bəhlulzadələri və digərlərini necə yetişdirə bilərik? Mədənityyətə belə yanaşma varsa, təbii ki, heç nə olmayacaq. Ona görə hesab edirəm ki, mədəniyyətin fəlsəfəsinə yanaşma dəyişməlidir, mədəniyyət sahəsinə ayrılan vəsaitlər qat-qat artırılmalıdır.

Kino üçün nəzərdə tutulan vəsait xüsusilə artırılmalıdır. Bu pulla hansı kinodan, uğurlu sənət əsərindən, bədii, sənədli, animasiya filmindən söhbət gedə bilər? Bu il Azərbaycan kinosunun 120 illiyi tamam oldu, hansı ki, Azərbaycan kinosu yarananda dünyanını aparıcı ölkələrində bu yox idi. Amma ayrılan bu pulla kinomuzu necə inkişaf etdirmək, dünyaya təqdim etmək olar? 

Həmçinin, bu gün rayonlarda mədəniyyət obyektlərinin, muzeylərin, kitabxanaların çoxu bərbad, nimdaş vəziyyətdir. Odur ki, Maliyyə Nazirliyi, hökumət mədəniyyət sahəsinə, Mədəniyyət Nazirliyinə ayrılan vəsaitə bir daha qayıtmalı, vəsaitin həcmini artırmalıdırlar”, - deyə R.Hüseynov əlavə edib.



Redaktorun seçimi