Bu telefon satışa çıxdığı ilk 57 saniyədə 100 min ədəd satıldı

333 dəfə oxunub
Bu telefon satışa çıxdığı ilk 57 saniyədə 100 min ədəd satıldı

Son dönəmlərin olduqca populyar smartfonu olan Nubia X satışa çıxması ilə istifadəçi kütləsinin maraq obyektinə çevrilib.

Ötən həftə təqdim olunan və xüsusən də arxa tərəfindəki 5.1 düyümlük OLED ekranı ilə diqqət çəkən Nubia X satışa çıxdığı 1 dəqiqə ərzində 100 min ədəd satılaraq  rekorda imza atıb.

 Nubia X-in özəllikləri ilə tanış olun

Ön tərəfi 6.2 düyüm 1080x2280 piksel görüntü imkanında İPS LCD ekran

Arxa tərəf 5.1 düyüm 720x1520 piksel görüntü imkanlı OLED ekran

Prosessor-Snapdragon

64 GB, 128 GB və 256 GB daxili yaddaş tutumu

6 GB və 8GB RAM

Bu modelin daha bir özəlliyi  arxa kameranın 16 megapiksellik f / 1.8 f / 1.7 diapazonlu və 24 megapiksellik görüntü imkanında olmasıdır. Daha da maraqlı bir özəllik isə modelin ön tərəfində kameranın olmamasıdır. Weibo-nun məlumatına görə bu model 57 saniyədə tam olaraq 100 min ədəd satılıb.

Gülbəniz

 



Redaktorun seçimi