Elmə məlum olmayan dinozavrın qalıqları tapıldı

132 dəfə oxunub
Elmə məlum olmayan dinozavrın qalıqları tapıldı

Alimlər Argentinanın Neuken vilayətində bu günə qədər elmə məlum olmayan dinozavrın sümüklərini tapıblar.

Faktor.az "ölkə.az"-a istinadən bildirir ki, qalıqları bir qrup ispan və argentinalı tədqiqatçılar aşkar ediblər.

Alimlər bu barədə "Acta Palaentologica Polonica" elmi jurnalında məqalə dərc ediblər. Məqalədə qeyd edilib ki, dinozavr 110 milyon il əvvəl yaşayıb və "Lavocatisaurus agrioensis" adlandırılıb və zauropodlar qrupuna aiddir. Bu qrupa aid dinozavrlar otyeyənlərdir və uzun boyunları və quyruqları olur, dörd ayaqları üzərində gəzirlər.

Məqaləyə əsasən, qalıqlar iri dinozavra məxsusdur. Onun uzunlu 12 metr olub. Digər iki dinozavr isə 6-7 metr uzunluğunda olub.

Qeyd edək ki, sümüklərin tapıldığı ərazi dinozavrlar üçün qeyri-adi sayılır. Çünki o dövrdə bu ərazilər səhralıq olub.



Redaktorun seçimi