Dünyanın ilk sualtı oteli - Gecəsi 50 min dollar

163 dəfə oxunub
Dünyanın ilk sualtı oteli - Gecəsi 50 min dollar

Maldiv adalarında dünyanın ilk sualtı oteli fəaliyyətə başlayıb.

Faktor.az "ölkə.az"-a istinadən bildirir ki, 5 ulduzlu otel 15 milyon dollara başa gəlib.

Maldiv sakini olan yerli memar Əhməd Səlim tərəfindən layihələndirilən otel 5 metr suyun altında yerləşir. Otel təzyiqə davamlı şüşədən inşa edilib. Turistlərə möhtəşəm dəniz mənzərəsi təqdim edilir.

Müştərilər istəyəndə otelin su üstündəki hissəsində də qala bilərlər. Oteldə masaj, restoran və idman salonu xidmətləri var. Bir gecə oteldə qalmaq üçün 50 min dollar ödəmək lazımdır.

Qeyd edək ki, üzərində sinqapurlu mühəndislərin işlədiyi otel sahildən uzaqda yerləşir. Müştərilər otelə su motosikli və ya dəniz təyyarəsi ilə gedə bilirlər.



Redaktorun seçimi