Tənəffüsdə danışmaq qadağan olundu

Hit: 361
Tənəffüsdə danışmaq qadağan olundu

Faktor.az xarici mediaya istinadən bildirir ki, İngilərənin Birminhem şəhərində orta məktəblərin birində tənəffüs zamanı danışmaq və digər hər hansı səs-küyə səbəb olmaq qadağan olunub.

 Yeni qaydaya əməl etməyənlər 20 dəqiqə müddətində məktəbdən uzaqlaşdırılacaq. Məktəblilər yalnız yeməkxanada və ya qrup şəklində toplaşa bildikləri digər guşələrdə söhbət edə biləcəklər.

İctimaiyyətin müəyyən qrupunun fikrincə, bu qayda şagirdlər arasında soyuq münasibətlərə yol aça bilər.

Məktəb rəhbərliyi isə belə düşünməyib. Bildirib ki, yeni intizam şagirdlərin sakit və dərs öyrənməyə hazır tərzdə siniflərə gedəcəyini təmin edəcək.

Daha sonra açıqlanıb ki, qadağaya məhəl qoymayan şagirdlərin cəzası 20 dəqiqəlik kənarlaşdırılma ilə bitmir. Pozuntu şagird tərəfindən davam etdirilərsə, cəza tədbirləri də davamlı olacaq.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi