Ekran kartları ölümə səbəb oldu

Hit: 390
Ekran kartları ölümə səbəb oldu

Nvidia yoxsa AMD?

Uzun illərdir istifadəçilər arasında bu ekran kartlarının hansının  daha yaxşı olması haqqında mübahisələr gedir.  Bu mübahisənin ölümlə nəticələnəcəyi isə heç kimin ağlına gəlməzdi.

Faktor.az Rusiya mətbuatına  istinadən xəbər verir ki, hadisə ötən il Rusiyanın Saransk qəsəbəsində baş verib. 37 yaşlı Aleksandır Trofimov dostu Evgeny Lylinlə ekran kartları istehsal edən iki böyük markanın hansının daha yaxşı olması haqqında mübahisə  ediblər. Evgeny Lylin AMD-in daha yaxşı olmasını iddia etdikdə Trofimov onu qətlə yetirib.

Ötən gün baş verən bu qəribə cinayət hadisəsinin məhkəmə işi yekunlaşıb. A.Trofimov 9 il həbs cəzası alıb

Gülbəniz

 









Redaktorun seçimi