Qabriel Qarsia Markesin fikirləri

Hit: 419
Qabriel Qarsia Markesin fikirləri

1. Allaha inanmıram...amma Ondan qorxuram

2. Bu düz fikir deyil ki, insanlar qocaldıqları üçün arzularının dalınca getmirlər, əksinə, onlar arzularının dalınca getmədikləri üçün qocalırlar.

3. Heç kim tökdüyünüz göz yaşlarına layiq deyil, kim ki göz yaşınıza layıqdir...o sizi ağlatmaz.

4. Əgər Allah bazar günü istirahət etməsəydi bu vaxtacan dünyanı qurub qurtarardı.

5. Yox, varlı deyiləm. Mən pulu olan bir kasıbam, bunlar ayrı-ayrı şeylərdir.
6. Yuxudan tez duran kişi yaxşı həyat yoldaşıdır amma pis ərdir.

7. İnsan varlıqları yalnız bir dəfə anaları onları dünyaya gətirərkən doğulmurlar...Həyat onları dəfələrlə təzədən doğulmağa məcbur edir.

8. Əsl dost odur ki, əllərinizi tutmaqla ürəyinizə toxuna bilir.

9. Ölərkən bircə şeyə təəssüf edəcəm ki, niyə  sevgiyə görə ölmürəm.
10. Zaman gəlib keçmirdi…O dövrə vurub fırlanırdı…

11. Həmişə nəyi hiss etdiyini de! Nəyi fikirləşdiyini et!

12. Sevgi üçün ölməkdən böyük xoşbəxtlik yoxdur.

13 . Əgər kişilər də döğsaydılar onda onlar daha az laqeyd olardılar

14. Mən bir daha heç kimə vurulmayacam..Bu, eyni vaxtda iki ürəyinin olması deməkdir.

15. Zəiflər heç vaxt Sevgi krallığna girməzlər.

16. Qoca adamlar başqa qocalarla bir yerdə olanda qoca olmurlar









Redaktorun seçimi