Yaqut və Safirlə dizayn olunmuş Vertu təqdim edildi - VİDEO

Hit: 416
Yaqut və Safirlə dizayn olunmuş Vertu təqdim edildi - VİDEO

Fantastik qiymətlə Vertu Aster P ötən gün təqdim olundu.

Faktor.az xəbər verir ki, özəl əl işi olaraq hazırlanacaq Vertu Aster  P-nin dizaynında 335 karat safir kristalı, arxa tərəfində isə Timsah və ya kərtənkələ dərisi istifadə olunacaq.  Yan tərəfində yaqutdan düymə yer alacaq. Qanad şəklində açılacaq qapaqda telefonu istehsal edən mühəndisin imzası yer alacaq.  Qeyd edim ki, hər telefonu özəl olaraq bir mühəndis istehsal edir.

 

4.9 düyüm böyüklüyündə Full HD AMOLED ekrana sahib telefon, Snapdragon 660 prosessoru ilə işləyir. 6GB RAM və 128GB daxili yaddaş, 20 Megapiksel arxa və 12 Megapiksel ön kameraya sahib Vertu Android 8.1 Oreo ilə təhciz olunub.

Vertu, yeni modelini 5160 dolardan satışa çıxaracaq. Əgər siz qızıl konstruksiyalı Vertu istəyirsinizsə 14000 dollar ödəməlisiniz.

Gülbəniz

 









Redaktorun seçimi