20-ci əsrin ilk soyqırımı

Hit: 601
20-ci əsrin ilk soyqırımı

Almaniya tarixə yalnız yəhudilərə qarşı deyil həm də Afrikanın cənubunda da soyqırım həyata keçirmiş ölkə kimi düşüb. İyirminci əsrin ilik soyqırımı kimi tarixə düşən Namibiya soyqırımını digər adları Hererolar və Nama adıdır. Almaniya tarixində yaşanan ən böyük vəhşilik hesab olunur. Herero və Nama soyqırımı Almanların 1904-1907-ci illər arasında soyqırım hesab olunur və Alman birliyi 1908-ci ildə hakimiyyətə gələnə qədər 100 min Afrikalı öldürülmüşdü. Almaniya imperatorluğu sabitliyi 1900-cü illərdə bərqərar etdikdən sonra onun rəqiblərinin  demək olar ki, bütün dünya üzərində müstəmləkə nəzarəti var idi. Almaniya da öz sərhədlərindən uzaq ərazilərdə müstəmləkə siyasətini həyata keçirmək istəyirdi. Bununla da almanlar Namibiyanı ələ keçirmək istəyirdi. Almanlar sanki uşaq kimi mağaza rəfində yer alan oyuncağı istərmiş kimi özlərinə müstəmləkə tapmışdı. İngilislər də bütün bunlara laqeyd yanaşmış və bəyan etmişdi ki onun Namibiya ilə heç bir əlaqəsi yoxdur. Bununla da Almaniya 1891-ci ildən başlayaraq vətəndaşlarını cənub-qərbi Afrikada yerləşən Namibiyaya köçməyə sövq etmişdi. Alman vətəndaşları və əsgərləri ilk dəfə buraya gələndə yerli xalq olan Hererolar maldarlıq ilə məşğul olurdular. Almanlar bu ölkəyə gələndən sonra məhsuldar hesab olunan torpaqları tədricən ələ keçirməyə başladılar hətta almaz ilə dolu mədənləri özlərinin nəzarəti altına keçirdilər. Bölgədə almanlar tərəfindən artan təzyiq və köləliyin yenidən vüsət alması yerli xalq olan Hereroları almanlara qarşı üsyana sövq etdi.

Bundan sonra alman ordusu və Hererolar arasında baş verən Voterberq döyüşündə Hererolar məğlub oldular və həmin torpaqlardan qovuldular. Daha sonra isə Namalar da üsyana qoşuldular. Namaların digər bir xüsusiyyəti onların cəsur olması idi. Almanların o dövrdə etdiyi qeydlərə görə Namalar maldarlıq sahəsində inkişaf etmiş qəbilə idi. Almanlar Namaları araşdırarkən məlum oldu ki, sən demə Avropada bu səviyyədə maldarlıq inkişaf etməyib. Almanların fikrincə Nama qəbiləsi dünya üzrə ən yaxşı maldarlıq ilə məşğul olan qəbilədir. Bu üsyan nəticəsində almanlar bu xalqa da mərhəmət göstərmədilər və onlara qarşı soyqırım həyata keçirdilər. Almanlar 18-ci əsrdən başlayaraq 1904-cü ilə qədər həyata keçirdikləri soyqırım nəticəsində Hereroların 80%- i, Namaların isə 50%-i məhv olmuşdu. Bu soyqırım Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1985-ci ildə qəbul olunacağı bəyan edilmişdi. Bununla da Almaniya bu xalqlara qarşı soyqırım etdiyini etiraf etmiş və onlardan üzr istəmişdi. Ancaq Namibiya xalqına heç bir təzminat ödənilməmişdir. Bu soyqırım Almaniya və digər qərb ölkələri tərəfindən soyqırım kimi deyil bu xalqların alman birliklərinə qarşı üsyanı kimi qəbul olunmuşdu.  Almanlar öz imperiya maraqlarına görə Namibiyanı müstəmləkəsinə çevirmiş və Namibiya xalqını gözü bağlı şəkildə alman generalları və əsgərlərinin silahlarının önünə çıxarmışdı.. Ayrıca olaraq alman əsgərləri Namibiyalı gənc qızları  və həyat yoldaşlarını öldürdükləri qadınları cinsi istismara məruz qoyurdular. Hətta təcavüz etdikləri zənci qadınlardan dünyaya gələn uşaqları apardıqları təcrübələrdə istifadə etmişlər. Hitlerin də Namibiyada baş verən soyqırımı ətraflı gözdən keçirmiş və Yəhudi soyqırımını həyata keçirmək üçün ilham aldığı deyilir. Almanların Namibiyada 100 mindən çox insanları müxtəlif işgəncələrə və soyqırıma məruz qoymağı tarixin qara səhifəsidir. Namibiyada yaşayan 130 min əhalidən 15 min insanın qaldığı deyilir.

Kamran Əliyev / Faktor.az









Redaktorun seçimi