Gələcəyimizi dəyişdirəcək kəşf: İnsanı qırxayaq müalicə edəcək - FOTOLAR

Hit: 597
Gələcəyimizi dəyişdirəcək kəşf: İnsanı qırxayaq müalicə edəcək - FOTOLAR

Müxtəlif mühitlərə uyğunlaşa, çəkisindən yüz dəfə artıq yük daşıya bilən qırxayaq robot düzəldilib. Faktor.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Honkonq Universitetinin alimləri silikon material olan polidimetilsiloksandan yumuşaq bədənli, uzunluğu bir neçə millimetr olan qırxayaq robotu ictimaiyyətə təqdim ediblər.

Robotun bədəninin diametri 0,15 mm-dir. Daxilinə yerləşdirilən maqnit hissəciklərinin vasitəsilə uzaqdan elektromaqnit dalğa ilə idarə olunan qırxayağın ayaqlarının uzunluğu 0,65 mm, ayaqları arasındakı məsafə isə 0,6 mm-dir.

Alimlər bildiriblər ki, yeni robotlardan səhiyyə sistemində istifadə olunacaq. Onların fikrincə, robotun insan bədəninin qan və digər vücud mayelərinin olduğu hissələrdə mükəmməl hərəkət edə bilməsi daxili orqanların müalicəsində irəliləyişlərə səbəb olacaq.

Yeni ixtira ilə bağlı ətraflı məlumat “Nature Communications” jurnalında dərc olunub.

Cavid Şeydayev

1
1








Redaktorun seçimi