Yüzilin itmiş xəzinəsi: - Faşist qızılları - FOTOLAR

Hit: 1392
Yüzilin itmiş xəzinəsi: - Faşist qızılları - FOTOLAR

Faşistlərin yoxa çıxmış xəzinəsi

İkinci Dünya müharibəsi qəribə hadisələr ilə tarixdə qalmışdır. Bu tarixin ən vacib parçası faşist Almaniyasının rəhbəri Adolf Hitler və onun itmiş qızıllarıdır. İkinci Dünya müharibəsi ən yaxın tarixin maraq kəsb edən və ən çox danışılan mövzularından biridir. Almaniyanın Rusiyaya hücum etməsi və Stalinqrad divarlarını dağıtması ilə rejimin süquta uğraması  Adolf Hitlerin sonunu gətirdi. Bu mövzu ətrafında illərdir tədqiqatlar, sənədli filmlər, yazılan minlərlə kitab mövzunu daha da geniş yayılmasına və bir sirr halına gətirib çıxarmışdı. Xüsusilə macəra sevənləri özünə cəlb edən Adolf Hitlerin itmiş qızılları olmuşdur.

Müasir imperiyadan süquta doğru

İkinci Dünya müharibəsi faşist Almaniyasına böyük töhfələr  vermişdi. Almaniyadan başlayan faşistlərin fəthi Polşaya, Fransaya və demək olar ki,ın bütün Avropanı əhatə etmiş bununla da Berlinə böyük qazanclar vermişdi. Xüsusilə də Almaniya iqtisadiyyatına yatırılan pullar günümüzdə də müzakirə mövzusudur. Almaniya iqtisadiyyatı böyük irəliləyişə nail olarkən Rusiya ərazilərində məğlubiyyətə uğrayan Gestapo zabitləri məcbur qalaraq xəzinələrdə olan bütün qızıl ehtiyatlarını düşmənin əlinə keçməməsi üçün qaçırmışdılar.

Faşist qızıllarının qaçırılması

Hitlerin ölümündən uzun illər keçməsinə baxmayaraq Faşist qızılları ilə yanaşı Hitlerin ölümü də müzakirə olunan məsələlərdən biridir. Hitlerin intihar edib ölməsi məsələsi bir yana, əsas məsələ faşist qızılları daha da böyük maraq kəsb edir. Almaniyanın yüksək iqtisadiyyatı sayəsində topladığı milyon dollar dəyərində olan qızılları Berlin işğal olunandan sonra qatarlara yüklənərək ölkədən çıxarıldığı rəvayət edilir. Bu məsələ ilə əlaqəli olan sübutlar o qədər qüvvətlidir ki, bir neçə ölkə daxilində yerləşən sığınacaqlarda 30 ton qızıl olduğu deyilir.

Türkiyədən Cənubi Amerikaya qədər uzanan qızıllar

Bu qızılların qaçırılması haqqında çoxlu iddialar mövcuddur. İndiyə qədər ən doğru iddia Polşadan Argentinaya uzanan qızıl yoludur. Argentina ilə bağlı iddialar Türkiyəyə də aiddir. Qatarlara və gəmilərə yüklənən qızıllar Türkiyəyə gətirilmiş oradan isə gedəcəyi yerlərə aparılmışdı. Bu iddiaları sübuta yetirəcək dəlillər indiyə kimi tapılmayıb ancaq Türkiyə polisinin faşist qızılı və Alman saxta qızıllarını fırıldaq yolu ilə qaçırılması barədə qeydləri var. Bu iddiaları daha da qüvvətli edən Polşalı məşhur tarixçi Coanna Lamparskayanın fikirləridir. Tarixçinin söözlərinə görə ortaya çıxan sənədlərə əsasən faşistlərin qızıllarını daşıdığı ölkələr arasında Türkiyə də var.  Hitlerin qızıllarının bir hissəsi müharibə getdiyi ərəfədə Kayseriyə aparıldığı, qızılların bir hissəsinin basdırıldığı və gizlədildiyi bilinir.

Hitlerin qızıllarının gizlinləri

Bu qızılların Türkiyədə olması barədə fikirlər olsa da bu barədə məlumatın az olması gizli məqamları ortaya çıxarır. Hitlerin qızılları haradadır sualını verən bir çox sayda sərmayeçilər, macəra sevənlər hərəkətə keçdilər. Bununla əlaqəli olaraq külli miqdarda araşdırmalar üçün vəsaitlər xərcləndi. Qanuni və qeyri-qanuni aparılmış araşdırmalar Argentina və Polşada aparılıb. Argentina da yerin onlarla metr dərinliyinə basdırılmış vaqonların içində qızılların olduğu deyilir. Eyni vəziyyət Polşada da ehtimal olunur. Qənimət olaraq toplanan qızıl rejimin çökməsi nəticəsində yoxa çıxmışdı. Faşist zabitlərinin araşdırılması və mühakimə edilməsi bir neçə il əvvəl sona çatıb. Bu məsələ öz qeyri-müəyyənliyini və gizli məqamlarını hələ də saxlayır.

Kamran Əliyev / Faktor.az

 









Redaktorun seçimi