Azərbaycan "Lotuları" yeraltı dünyanı titrətdi - Ağlagəlməz savaşda kim "kral" olacaq? - VİDEO

Hit: 7749
Azərbaycan "Lotuları" yeraltı dünyanı titrətdi - Ağlagəlməz savaşda kim "kral" olacaq? - VİDEO

Lotu Quli haqda bəzi iddialar irəli sürülüb.

Faktor.az xəbər verir ki, kriminal aləminin kralı hesab edilən "Lənkəranski" ləqəbli Rövşən Canıyev 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində gülləndi və həyatını itirdi. Qətlin kimin tərəfindən törədildiyi isə hələ də məlum deyil. Ancaq iddialar, bütün yollar bir insanı nişan göstərir. “Lotu Quli” ləqəbli Naidr Səlifov.

Bu iddiaları anlamadan, səbəb göstərmədən deyənlər də var, əsaslı səbəblər gətirənlər də.

Öncəliklə onu da qeyd edim ki, iddialar arasında Lənkəranskinin hələ də sağ oluğu kimi söyləntilər də var. Bunlar çox zaman sevənlərinin onun ölümünə inanmadığı üçün səsləndirdiyi arzu dolu fikirlər də ola bilər. Ancaq 2016-cı ildə Lənkərana gələn naməlum şəxsin gəldiyini söyləyənlər də var, ailəsini ziyarətə gələndə görüdüyünü deyənlər də. Hətta daha tutarlı dəlillər göstərənlər də var. Hər halda Lənkəranskinin ölümü müəmmalı şəkildə sirr olaraq qalır.

Lənkəranskinin adı isə 2013-cü ildə qətlə yetirilən “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlində sifarişçi olduğu iddiaları səslənmişdi. Belə ki, o  bunu “Rufo Gəncinski”nin əli ilə etmişdi.

İstintaqın əlindəki ən önəmli sübut Ded Xasanın qətlə yetirildiyi “Köhnə fayton” restoranının yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri idi. Bu görüntülərə əsasən killerə istiqamət verən və qətlin təşkilində iştirak edən şəxslərin çevrəsini müəyyən etmək mümkün olub. Həmin çevrəyə “Rufo Gəncinski” kimi tanınan Ülfət Tağıyev və “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev də daxildir.



“Rufo” kameralara ilk dəfə 2013-cü il yanvarın 9-da, Ded Xasanın qətlindən bir həftə əvvəl düşüb. O, restoranın ətrafında fırlanıb, ətraf həyətləri dolaşıb, onu müşayiət edən şəxslərlə nə barədəsə danışıb. Sonra Tağıyev daha iki dəfə “Köhnə fayton”un yaxınlığında görünüb.

Həmçinin “Rufo” yanvarın 16-da-qətlin baş verdiyi gün də restorana yaxın küçədə qeydə alınıb.

“Rufo” Rövşən Canıyevin killerlər briqadasının rəhbəri hesab olunur. O, Ded Xasanın qətlindən dərhal sonra Rusiyanı tərk edib, sonra şayiə buraxıb ki, onu oğurlayıb və qətlə yetiriblər. Lakin 2013-cü ilin sentyabrında “Rufo” saxta sənədlə Moskvaya gələndə onu tanıyıb və yaxalayıblar.

“Lotu Quli”-nin adı isə indi Lənkəranskinin qətlində hallanır. Belə iddia edilir ki, qanuna görə oğru aləmində “kral” qətlə yetirilirsə və ilk kimin adı hallanırsa, növbəti “kral” o olacaq. Ancaq bu iddiadır.

Belə bir iddia da var ki, “oğru aləminin əfsanəsi” adlandırlan “Lotu Bəxtiyar” ləqəbli Kərimov Bəxtiyar vaxtıylə “Lotu Quli”yə belə deyibmiş ki, “sən oğru ola bilməzsən, sən sadəcə  tətikçisən”.

Hər halda bu aləmin özü sirrlərlə doludur. Daha neçə-neçə açılmamış cinayətlər, sirli talelər var.

Faktor.az//









Redaktorun seçimi