Nəzir toplamaq üçün terminallar quraşdırıldı - FOTO

Hit: 432
Nəzir toplamaq üçün terminallar quraşdırıldı - FOTO

Hər bir məscidin qarşısında insanların sədəqə ödəməsi üçün terminalların quraşdırılmasına başlanılıb.

Faktor.az femida.az-a istinadən bildirir ki, bu haqda Qazaxıstanın "KTK" kanalı xəbər yayıb.

Söhbət ölkənin Aktobe şəhərindən gedir. Şəhərin baş məscidinin önündə sədəqə və nəzirlərin qəbul edilməsi üçün ödəniş terminalı quraşdırılıb. Telekanalın verdiyi xəbərə görə, indiyədək girişin qarşısında yalnız bir elektron terminal qoyulub. Cihaz ödənilən məbləğin xüsusi hesaba köçməsi haqda pul qəbzi verir ki, bu da audit komissiyası üzvləri tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır. Təbii ki, bu prosesə elektron sistem vasitəsilə dövlətin vergi və digər orqanları tərəfindən də ciddi nəzarət edilir.

Əgər vətəndaşlara bu şəkildə sədəqə vermək xoş gələcəksə, nəzir terminallarının sayı artırılacaq.

Bu arada Aktobe imamları 8 ay ərzində toplanmış sədəqənin məbləğini elan ediblər. Məlum olub ki, ilin başlanğıcından etibarən şəhər sakinləri nəzir qutularına 10 milyon tenqeyə yaxın(təxm. 46 min AZN) pul yatırıblar.









Redaktorun seçimi