İnsan vücudu necə işləyir?

Hit: 1042
İnsan vücudu necə işləyir?

Təbiətdə həyatın varlığı üçün maddələr dövranı nə qədər mühimdirsə, insanın var olması və  sağlığı üçün də maddələr mübadiləsi bir o qədər əhəmiyyətlidir. Qida yolu ilə daxil olan maddələr, nəfəs yolu ilə qəbul etdiyimiz oksigen ilə yanaraq parçalanır. Yanma zamanı maddələrdən karbon qazı və su ayrılır. 

Və eyni zamanda enerji yaranır. Bu yolla əldə edilən enerji və beyindən sinirlər vasitəsilə verilən elektrik siqnalı insan motoru olan ürəyi və digər orqanları çalışdıraraq insan vücudunu sümüklər və əzələlər vasitəsilə hərəkətə gətirir. (Avtomobil də bu prinsiplə işliyir: benzin və hava karbüratorda qarışır. Porşen bu qarışımı sorur və qlapanı bağlıyır. Sveça elektrik qığılcımı verir. Qarışım partlayır. Porşen bu qazı sıxır və val dönərək təkərləri hərəkətə gətirir.)

Yanma zamanı parçalanmış maddələrdən ayrılan su içdiyimiz su ilə birlikdə qan şəklində mayeni təşkil edir. Ayrılan karbon isə nəfəs yolu ilə aldığımız oksigen və maddələrin parçalanaraq ayrıldığı digər elementlərlə birlikdə bu qana daxil olur. Motor (ürək) sudan yaranmış qanı nasoslayır. Qan böyük arteriya damarından keçərək kiçik kapilliyar damarlar vasitəsilə bütün hüceyrələrə paylanır. Qan vasitəsilə gətrilən hüceyrənin 4 əsas qida maddəsi olan oksigen, karbon, azot və hidrogen digər köməkçi kimyəvi elementlərlə birlikdə hüceyrələrə çatdırılır. Qan venalar ilə ürəyə geri dönərkən zərərli maddələr böyrəklərdə süzülərək xaric edilir. 

Yanma zamanı əldə edilən çox miqdardakı karbon qazının bir hissəsi isə ağciyərlərdən xaric olunur. Beləliklə, vücudumuzda artıq bir orqan olmadığını və orqanlar sisteminin necə vahid bir şəkildə orqanizmi təşkil etdiyini, xəyali cəhətdən müşahidə etdik. 

İnsan orqanizmi canlı bir fabriki təsvir edir. Avadanlıqlar - orqanlarımız, işçi qüvvə - avtomatik immun sistemimiz, xammal - qida maddəmiz, istehsal etdiyimiz məhsul isə sağlığımızdır. Bu fabrikin taleyi öz əlimizdədir. Keyfiyyətli qida (xammal) ilə keyfiyyətli məhsul (sağlıq) əldə edə bilərik. İşçilərə və avadanlıqlara yaxşı qulluq edin ki, yaxşı işləsinlər.

 









Redaktorun seçimi