Pul nədir? - Məşhurların pul haqda fikirləri

Hit: 2114
Pul nədir? - Məşhurların pul haqda fikirləri

1. Oscar Wilde : Mən cavan olanda düşünürdüm ki, pul həyatda ən vacıb şeydir. İndi qocalmışam, başa düşürəm ki, bu həqiqətən də beləymiş.

2. Benjamin Franklin: Pul insanı heç vaxt xoşbəxt etməyib, heç etməyəcək də, pulun təbiətində xoşbəxtlik “istehsal etmək” yoxdur. İnsanın nə qədər çox pulu olsa o qədər də çox istəyir.

3. Mark Twain : Pulun yoxluğu bütün şərlərin  kökləridir.

4. Coco Chanel : Adamlar var ki, pulu var və adamlar var ki, varlıdır.

 5. Ayn Rand : Pul yalnız vasitədir, sən hara istəsən o səni aparacaq. Amma  o heç vaxt səni öz “ sürücü” yerində oturtmayacaq.

 6. Ayn Rand: Deyirsiniz ki, pul bütün şərlərin köküdür, bəs özünüzə sual vermirsiniz ki, pulun kökü nədir?

7. Aristotle Onassis: Əgər bu dünyada  qadınlar olmasaydı dünyadakı bütün pulların heç bir mənası olmazdı. 

8. Jonathan Swift: Müdrik adamın pulu onun başındadır, ürəyində yox.

9. Marsha Sinetar: Nəyi sevirsənsə onunla məşğul ol, bu halda pul özü sənin arxanca gələcək. 

10. Andy Stanley: Xəsislik maliyyə problemi deyil, ürək problemidir. 

11. Pablo Picasso: Mən çoxlu pulu olan kasıb adam kimi yaşamaq istərdim. 

12. William Shakespeare: Nə borc alan ol, nə də borc verən 

13.  Sean O'Casey: Pul səni xoşbəxt etmir, əsəblərini sakitəşdirir.

 14 . J. Paul Getty: Əgər pulunuzu saya bilirsinizsə milyard dollarınız yoxdur.

15. Mason Cooley: Sağlamlıq bədənimçün nədirsə pul da sosial movcudluğumçün odur 

16. Kevin O'Leary: Pul azadlığa bərabərdir. 

17. Lauren Hutton: Mən paltarlara heç vaxt çox pul xərcləmirəm.

18 Judy Garland : Mən pulsuz yaşaya bilərəm amma sevgisiz yox.

19. Lana Turner: O kişi xoşbəxtdir ki, arvadının xərcləyə biləcəyi  qədər pul qazanır. O qadın da xoşbəxtdir ki, belə kişi tapa bilir.

20 . Kinky Friedman: Pulla it ala bilərsiniz, amma yalnız o itə məhəbbət onun quyruğunu yellədə bilər.

21.Warren Buffett: Birinci qayda: Heç vaxt pulunuzu itirməyin. İkinci qayda: Heç vaxt birinci qaydanı unutmayın

22.Arnold Schwarzenegger: Pul səni xoşbəxt etmir. İndi 50 milyonum var, amma mən  48 milyonum olanda necəydimsə indi də eləyəm.

23. Thomas Hobbes: Sözlər axmaqların puludur.

24.  Benjamin Franklin: Üç sədaqətli dost var: qoca arvad, qoca it, hazır pul

25. Reba McEntire: Dünyadakı bütün pullar sağlamlığı geri qaytara bilməz.

26. Kevin O'Leary: Puldan ötrü ağlama, o heç vaxt səndən ötrü ağlamır

27. Benjamin Franklin: Əgər pulun dəyərini bilmək istəyirsənsə get bir az borc pul al

28. Thomas Jefferson: Pulu qazanmamışdan əvvəl onu xərcləməyə yer axtarma

29. Steve Wynn: Pul insanları xoşbəxt etmir, insanlar bir –birini xoşbəxt edir.

30. Pope Francis Pul xidmət etməlidir, hökmranlıq yox.

 



 


 









Redaktorun seçimi