Qadınlar kişi olmadan da dünyaya uşaq gətirə biləcəklər - ARAŞDIRMA

Hit: 1059
Qadınlar kişi olmadan da dünyaya uşaq gətirə biləcəklər - ARAŞDIRMA

Yaxın gələcəkdə qadınlar kişilərə ehtiyac duymadan uşaq sahibi ola biləcəklər.

Bu barədə maraqlı araşdırmalar aparılıb.

Dr. David Molloy adlı doğuş mütəxəssisi Çin alimlərinin araşdırdığı dişi  siçanların erkək siçan olmadan doğması faktı üzərində araşdırmaları inkişaf etdirib.

 Molloy bildirib ki, texnoloji nailiyyətlərin hesabına heyvanlarda aparılan bu təcrübə insanlar üzərində də aparılacaq. Tezliklə, qadınlar kişi olmadan hamilə qala biləcəklər.

   Avstraliyalı bir ginekoloq  avstraliyalı qadınların yaxın 20 il ərzində əks cinsin rolu olmadan dünyaya uşaq gətirə biləcəklərinin mümkünlüyünü söyləyib.

   BBC-dən yayılan xəbərə görə Dr. David Molloy Çin mütəxəssislərinin bildirdikləri “iki ana siçanın, erkək  cins olmadan bala siçanlar yarada biləcəkləri” faktını analiz edib. 

   Çinli mütəxəssislər  iki dişi siçanın birindən yumurta, digərindən isə yarı xromosomlu embrion kök hüceyrə alaraq iki dişinin bala verməsinə nail olublar.

   Erkək siçandan doğulun bala 48 saat içərisində ölüb.

   İki erkək siçandan bala almaq cəhdi isə baş tutmayıb.

 Anasız yaranan balalar cəmi 48 saat yaşaya biliblər.

   Dr. Molloy doğuş və genetika texnologiyası sayəsində anoloji təcrübəni insanlar üzərində də keçirməyin mümkünlüyünü – qadınların spermaya ehtiyac duymadan hamilə qala biləcəklərini deyib.

 

Molloy: “Gen modifikasiyası edərək insanlar bu üsulla uşaq sahibi ola biləcəklər.”

   Avstraliyada dərc olunan “Courier-Mail” qəzetinə müsahibə verən Molloy hesab edir ki, bu, kişinin sperma keyfiyyətinin zəif olduğu heteroseksual (əks cinsə intim meyl) cütlüklərin və qadınların öz genetikalarından dünyaya uşaq gətirmələri anlamına gəlir. Bir yumutanı yarım xromosomla dölləyərək və gen formalaşdıraraq insanlarda da bunu həyata keçirmək mümkün olacaq.

Holm: “bu üsulla homoseksuallar da dünyaya övlad gətirə biləcəklər. ”

   Yeni Zellandiyadakı Oklənd universitetindən dr. Teresa Holm da Çindəki araşdırmanı “önəmli bir irəliləyiş” kimi qiymətləndirir və gələcəkdə homoseksual cütlüklərin ikisinin də genlərini daşıyan uşaqların ola biləcəklərini vurğulayır.

   Adelaide universitetindən doğuş üzrə mütəxəssis Robert Norman: “konseptual insan doğumu üçün, xüsusən, homoseksuallar üçün möhtəşəm ixtiradır. Amma belə bir işə başlamazdan əvvəl mövcud uyğunsuzluqları aradan qaldırmaq lazımdır.”

Cavid Şeydayev

Faktor.az

 









Redaktorun seçimi