Ariz Tarverdiyevdən möhtəşəm iş

Hit: 1553
Ariz Tarverdiyevdən möhtəşəm iş

ATV kanalının aparıcısı Ariz Tarverdiyevin işi diqqət çəkib.

Azərbaycan əsilli tanınmış İran yazıçısı Fəriba Vəfinin “Zirzəmi Quşu” romanı Azərbaycan dilində çap olunub. “Parlaq imzalar” imzalar nəşriyyatı tərəfindən Azərbaycanda ilk dəfə çap edilən romanın fars dilindən tərcümə edən şərqşünas, telejurnalist Ariz Tarverdiyevdir. “Zirzəmi quşu” romanında həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra zəifləyən sevgi həqiqəti ilə barışıb bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından söhbət açılır. Roman individual qadınlığın axtarılması və ortaya çıxarılmasına həsr olunub. Təhkiyəçi qadın həyatını, hisslərini, ətrafını diqqətlə araşdırır və onları bacardığı qədər dəqiqliklə təsvir edir. Roman inkişaf etdikcə qadın yadlaşma ilə təcridolunmadan addım-addım uzaqlaşır və eksiztensial böhrandan özünüdərk və özünükəşfə doğru hərəkət edir.

“Zirzəmi quşu” çap olunduğu il İranda çox böyük rəğbətlə qarşılanıb. Vəfi elə həmin il romana görə “Qolşiri” və “Yəlda” ədəbiyyat mükafatlarına layiq görülüb. İranda 30 dəfədən çox çap edilən “Zirzəmi quşu” ingilis, italyan, ispan, alman və türk dillərinə çevrilib.

Fəriba Vəfi 1963-cü il yanvarın 21-də Təbrizdə anadan olub. İlk kitabı, “Səhnənin dərinliyində” hekayələr toplusu 1996-cı ildə çap olunub. “Zirzəmi quşu” adlı ilk romanını isə 2002-ci ildə yazıb. Ondan sonra “Tərlan”, “Tibet röyası” və “Küçələrdəki sirr” və digər romanları nəşr olunub. Yaxın Şərqin ən güclü qadın yazarlarından biri hesab olunan Fəriba Vəfininəsərləri ingilis, italyan, türk, alman, norveç, fransız, rus, isveç, yapon, ərəb, kürd dillərinə tərcümə olunub. Azərbaycan əsilli yazıçının Almaniyanın “Zuveyt” nəşriyyatı tərəfindən 2015-ci ildə alman dilinə tərcümə və nəşr olunan “Tərlan”romanı 2017-ci ilin nüfüzulu "LiBeraturpreis” ədəbi mükafatına layiq görülüb.“Tərlan” roman həmçinin satış və oxuma statistikası nəzərə alınaraq Almaniyada həm də "ilin kitabı” elan edilib.









Redaktorun seçimi