Məşhurların musiqi haqda fikirləri

Hit: 375
Məşhurların musiqi haqda fikirləri

1. Fridrix Nitşe:  Musiqisiz dünya səhv olardı.

2. Albert Eynşteyn: Əgər fizik olmasaydım məmnuniyyətlə musiqiçi olardım. Mən həmişə musiqi içində düşünürəm.Mən həyatımı musiqi içində görürəm.

3 Henrix Hayne:.Harda ki sözlər tərk edib gedir o yerdə musiqi başlanır.

4. Çarlz Darvin:   Əgər həyatımı yenidən yaşamalı olsaydım ən azı hər həftə şeir oxumağı, musiqi dinləməyi özümə qayda edərdim.

5.  Maya Angelou:  Kainatda hər şeyin ritmi var, hər şey rəqs edir.

6.    Leopold Stokovski:  Rəssam öz əsərini kətan üzərində çəkir, amma musiqişçlər öz şəkillərini sükut üzərində çəkirlər.

7.   Henri Longfellou : Musiqi  bəşəriyyətin universal dilidir.                                                                 

8.  Marilyn Manson : Musiqi sehrbazlığın ən güclü formasıdır.                                                                    

9   J. M. Barrie:  Əgər mənə uçmağı öyrədə bilmirsənsə mahnı oxumağı öyrət.

10. Xəlil Cibran:  Musiqi ruhun dilidir. O həyatın sirrini açır

11.  Lao Tzu: Qəlbdə olan musiqi kainat tərəfindən eşidilə bilər.

12.  Hans Kristian Anderson:  Sözlər danışa bilmədiyi yerdə musiqi danışır

13.  Jeyn Austen: Musiqisiz həyat mənə boş vərəq kimi görünərdi.

14    Stefen  Sondheim : Əgər uçmağı bacarmıramsa icazə ver oxuyum.

15   Benjamin Disraeli : İnsanların çoxu  musiqiləri daxillərində qıfıllanmış halda ölüb gedirlər.                                                                          
16.   Fredrix Richter:  Musiqi həyatın qaranlıq gecəsində ay işığıdır.                                                                                  

17.  Bono:  Musiqi dünyanı dəyişə bilər, çünki o insanları dəyişə bilir.

Tərcüməçi : Sevil Gültən

 









Redaktorun seçimi