Boyu 2 metr olduğu üçün ailəsi evdən qovdu

48 dəfə oxunub
Boyu 2 metr olduğu üçün ailəsi evdən qovdu

Türkiyənin Ərzurum şəhərində yaşayan Serap Demir adlı qadın boyunun uzun olduğuna görə ailəsi tərəfindən evdən qovulub. 

 24 yaşlı qadın akromeqaliya xəstəsidir. Hal-hazırda 2 metr uzunluğundadır. 24 yaşlı qadın ögey atası tərəfindən xəstəliyinin irəlilədiyi və boyunun çox uzun olduğu üçün evdən qovulub. Doğma atası həbsdə olduğu üçün anası başqası ilə evlənib. Küçəyə atılan qadın bəzi gecələri xəstəxanada qalır. 

Baş verənlər barədə danışan S. Demir bildirib ki, küçəyə çıxdığı zaman insanlar ona baxıb gülür: “İnsanların sıx toplaşdığı yerlərə gedə bilmirəm. İnsanlar mənə güldükcə özümü pis hiss edirəm. Boyuma görə heç kim məni işə qəbul etmir”.



Redaktorun seçimi