Dünyanın 18 müdhiş iddiası - SİRRİ AÇILMAYANLAR...

98 dəfə oxunub
Dünyanın 18 müdhiş iddiası - SİRRİ AÇILMAYANLAR...

Dünyada bitib-tükənməyən iddialar var. Faktor.az təqdim edir: 

 

 

Atatürkü kim öldürdü

   Mustafa Kamal Atatürk  Massonlar tərəfindən öldürüldü. Onların icma fəaliyyətlərinə son qoyduğu üçün massonlar Atatürkə düşməndirlər. Özlərindən olan həkimlər vasitəsi ilə zəhərləyərək ölümünə səbəb oldular.

11 sentyabr 2001-ci il

   11 sentyabr hadisəsi baş verdiyi andan bir neçə dəqiqə sonra bütün dünyaya yayıldı. Amerikada yerləşən məşhur Dünya Ticarət Mərkəzinə vurulan zərbələr haqqında müxtəlif fikirlər var. Terrorun əl-Qaidə qruplaşması tərəfindən törədildiyi təsdiqini tapıb. Lakin çox yayılan məlumatlardan biri də budur ki, bu, Orta Şərqə hücum etmək və neft yataqlarına sahib olmaq üçün ABŞ-nın özünün qurduğu plan idi.

NASA-nın Ayda olması yalandır

   NASA-ya məxsus Apollon gəmisinin Aya uçmaması, bütün kadrların montaj effekti olduğu bildirilir. Gəlinən bu qənaət məntiqi araşdırmaların nəticəsi kimi yayılıb. Belə ki, görüntüdə kölgələr yalnış yerə yönəlir, hadisələr professional kino çəkilişini xatırladır, kosmik fəza olmasına baxmayaraq ulduzlar isə, müşahidə olunmur.

QİÇS virusu laboratoriya şəraitində mükəmməlləşdirildi.

   Doktor Villiam Campbellin fikrinə görə, HIV virusu ( immun sistemini zəiflədən və QİÇS-ə yol açan infeksiyadır) 1974-cü ildə Dünya Sağlamlıq Təşkilatı tərəfindən yaradıldı. Bəziləri bu virusun yaradılma səbəbini MKİ və KQB-nin dünya nüfuzunu azaltma cəhdləri olduğunu söyləyir.

Elvis Presli ölmədi

   1977-ci ildə vəfat etmiş məşhur müğənni və kinoulduzun fanatları onun bu tarixdə ölməsinə inanmırlar. Presli heyranları onun 1990-cı illərin ortalarında dünyasını dəyişdiyini indi də iddia edirlər.

   Uels Şahzadəsi Diananın ölümü müəmmalı hadisədir.

Şekspir Şekspir deyildi

   Böyük ingilis yazıçı əslində kimdir? Onun Frensis Bekon, Kristofer Marlo, Villiyam Stanli və ya  Edvard de Vere olduğu söylənilir. Onun əsərlərinin sadalanan yazıçılar tərəfindən yazılmış əsərlərdən yığmalar olduğu iddia edilir.

“Saxta” Ceyms Pol Makkartni

   Əfsanəvi Britaniyalı musiqiçi 1966-cı ildə avtomobil qəzasında dünyasını dəyişdi. Məşhur Bitlz qrupu reytinqini itirməmək üçün Pol Makkartinin əvəzinə onun oxşarını qrupa cəlb etdi.

Qlobal istiləşmə, əslində, yoxdur

   Qlabal istiləşməyə inanmayanlar bu təhlükənin uydurma olduğunu, müəyyən qüvvələrin bəşəriyyəti qorxu altında saxlamaq, avtoritar rejim qurmaq üçün yalan olaraq istifadə etdikləri fikrindədirlər. Bu fikrin tərəfdarları keçən ildən indiyə qlobal istiləşmədə temperaturun düşdüyünü, 1998-ci ildən isə, ümumiyyətlə, dünyada sabit istiliyin olmasını diqqətə çatdırırlar.

 

Hücum olacağı əvvəlcədən bilinirdimi?

   Dünyanı böyük savaşa sürükləyən, Yaponiya hərbi qüvvələrinin ABŞ-nin hərbi dəniz donanması – Pörl Harbora zərbə endirəcəyini Prezident Ruzveltin öncədən bildiyi iddia olunur.

2004-cü ildə Hind okeanında baş verən sunami

   Daha çox müsəlmanlar arasında yayılan fikrə görə, meydana gəlmiş sunami İsrail və Amerika nüvə alimlərinin birgə fəaliyyəti ilə aparılan nüvə sınağı idi.

Qara və ya görünməz helikopterlər

   Amerika hərbi qüvvələrində bu konsepsiya populyar olub və 1990-cı illərdə hücumun simvolu və xəbərdarlıq işarəsi kimi qəbul olunurdu. Lakin bir nəzəriyyəyə görə bu helikopterləri Birləşmiş Millətlər Amerikanı təftiş etmək üçün göndərirdi. Digərləri helikopterlərin vəhşi təbiət qanunlarına nəzarət etmək, onları tənzimləmək üçün istifadə olunduğunu bildirirlər.

Plastik tabutlar və toplanma düşərgələri

   ABŞ-nin Corciya əyalətinin paytaxtı Atlantada sayı 500.000-ə çatan tabut düşərgəsi var. Tabutlar səliqə ilə düzülüb və hər birini aydın şəkildə görmək mümkündür. Fövqəladə Hallar  Təşkilatına aid edilən düşərgənin başqa məqsədlə təşkil olunduğu bildirilir. Deyilənə görə, saxta tabutlar “milyonlarla amerikalının qətlə yetirildiyi” yalanını sübut etmək üçün düzəldilib.

İsa evləndimi?

   Den Braunun “Da Vinçi şifrəsi” əsərindən sonar ortaya çıxan görüşə görə İsa Meri Maqdalena ilə evləndi və bir uşaq sahibi oldu. Fransaya köç etməsi haqqında yayılan xəbərdə İsanın Sion monastrında yaşadığı bildirilir.

Əşrəf Bitlis sui-qəsdin qurbanı oldumu?

   1993-cü ildə təyyarə qəzasında dünyasını dəyişən sabiq jandarma baş komandiri Əşrəf Bitlisin komandasının da sui-qəsdə məruz qaldığı bildirilir. Ergenekon iddianaməsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatının sabiq əməkdaşı Albay Hüseyn Vuralda olan sənəd 17 yanvar 1993-cü ildə şübhəli hesab olunan qəzada həlak olan Ə. Bitlis və komandasının ölümünü gündəmə gətirdi. Vuraldan “Əşrəf Bitlisin kadrları sui-qəsdlə öldürüləcək” xəbəri yayıldı. Vural “bu sənədi xatılamıram dedi”. Ə. Bitlis, ABŞ-nin şimali İraqda qurmaq istədiyi Kürd dövlətinin Türkiyənin zərərinə olduğunu söyləyirdi. Bu səbəbdən ABŞ səfirliyi tərəfindən bir neçə dəfə hökumətə şikayət edildiyi də bildirildi.

Turqut Özalın ölüm səbəbi sui-qəsddirmi?

   Türkiyə Cumhuriyyətinin keçmiş prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə vəfat etdi.  Özalın vəfatından sonra ölüm səbəbi ilə bağlı mübahisələr başladı. Turqut Özalın həyat yoldaşı Semra Özalın “böyük Türk birliyini geçəkləşdirmək istəyirdi. Bu səbəbdən öldürüldü” fikri keçmiş prezidentin ölümündə cinayət olması ehtimalını gücləndirdi. Semra Özal həyat yoldaşının zəhərlənərək öldürüldüyünü bildirdi. Məhkəmə isə bu iddianın doğru olmadığını hesab etdi və sabiq prezidentin ürək çatışmazlığından vəfat etdiyini açıqladı.

 

Bermud üçbucağı

   Bermud üçbucağı Atlantik okeanında çox sayda təyyarə və gəminin müəmmalı şəkildə itdiyi, bəzi paranormal hadisələrin baş verdiyi sahədir. Açıqlanması mümkün olmayan bu fenomen üçbucaq alimlər tərəfindən fövqəltəbii qüvvələrin təsiri kimi qiymətləndirildi və cəmiyyətə belə də çatdırıldı. Qeyd olunduğu kimi, burada uzun zamanlar arxalarında heç bir iz qoymadan onlarla gəmi qeyb oldu. Sonralar isə qeybolma hadisələri dah baş vermədi.

1947-ci ildə ABŞ-nin Nevada əyalətində meydana gələn bir qəza dünyada böyük əks-sədaya səbəb oldu. Qəza nəticəsində Naməlum Uçan Obyektin Yerə düşdüyünü və içində də yadplanetlinin olduğu bildirildi. Qısa müddətdə araşdırılaraq məlum oldu ki, sözü gedən obyekt hava şarıdır imiş.

ABŞ-nin bu bölgəsi Naməlum Uçan Obyekt fanatlarının maraq dairəsində olan ərazidir.

Cavid

Faktor.az



Redaktorun seçimi