Almaniyaya qarşı döyüşən kabus ordu

149 dəfə oxunub
Almaniyaya qarşı döyüşən kabus ordu

Almaniyaya qarşı döyüşən kabus ordu

İkinci Dünya müharibəsi dövründə Almaniyaya qarşı döyüşən Kabus ordu mövcud idi. Gəlin birlikdə nəyə görə bu orduya kabus ordu adı verilmişdi ona nəzər yetirək. Ordu ilə bağlı məlumat verməzdən əvvəl  gəlin düşmənlərin onları necə gördükləri haqqında məlumat verim. Kabus ordunun görünən və bilinən fəaliyyətlərinin xaricində onların demək olar ki, fəaliyyətləri sirli xarakter daşıyırdı.  Faşist ordusu meşəlik ərazilərdə düşərgələr aşkar etmiş lakin heç kimi tapa bilməmişdilər. Dörd bir tərəfdən tankların səsini eşidirlər ancaq heç cür bu birliklər haqqında bir izə rast gəlmirlər. Faşistlər zaman zaman 4 nəfərdən ibarət olan əsgər heyətinin 40 tonluq tankı əlləri ilə daşıdıqlarını görürlər ancaq bu hadisəyə heç bir məna verə bilmirlər. Bütün bu hadisələrdən sonra faşistlər bu ordunu kabus ordu adlandırmağa başladılar. Əslində bu ordunun sirri nədir? İlk olaraq demək lazımdır ki, Kabus ordu ABŞ-a məxsus bir ordu idi. Ordu 1944-cü ilin yayından İkinci Dünya müharibəsinin sonuna qədər ABŞ tərəfindən Fransanın Ren çayı ətrafında yerləşdirilmişdi. Ordunun ən böyük məqsədi faşist ordusunu  müxtəlif planlar həyata keçirməklə aldatmaq idi. Bununla yanaşı ordunun əsgərləri cəmiyyətə qoşulur və öz aralarında danışaraq bilərəkdən ətrafdakı insanlara səhv məlumat verirdilər. Bu ordu ABŞ üçün o qədər əhəmiyyət kəsb edirdi ki, onlar xüsusi olaraq 1100 nəfər seçərək  onlara bu tapşırığı vermişdilər. Bu insanlar arasında əsl əsgərlər yox idi. Orduda xidmət edən insanlar arasında məşhur incəsənət məktəblərində oxuyan tələbələr, rəssamlar, memarlar, aktyorlar, səs mühəndisləri  və digər istedadlı insanlar var idi.

Ordu Fransadan tutmuş Belçikaya, Lüksemburqdan Almaniya qədər davamlı olaraq ön cəbhələrdə düşmən birliklərinə qarşı çox yaxın döyüşürdülər. Müharibə dövründə diqqətləri öz üzərlərinə çəkərək faşistləri aldada bilmiş bununla da əsl birliklərin hərəkətlərinin gizli saxlanılmasına şərait yaratmışdılar. Müharibə boyunca faşistlər bu ordunun saxta bir ordu olduğunu başa düşməmişdilər. Tankların, təyyarələrin digər hərbi texnika və silahların maketini hazırlayan ordu bir dəfə 1000 nəfərlik birlik olmağına baxmayaraq 30 minlik birlik kimi görünməyi bacarmış bu sayədə də faşistləri özlərindən uzaq tutmağı bacarmışdılar. Bütün bu nümayişlər gurultulu səslər ilə müşaiyət olunurdu. Səs mühəndisləri 25-30 km uzaqlıqdan belə eşidilə bilən və sanki tankların yaxınlaşdığını bildirən səslər ötürərək faşistləri qorxuya salırdılar. Bununla yanaşı “Spuf Radio” adı verilən bir planla da saxta radio yayımı təşkil edərək yanlış məlumatlar ötürürdülər. Haətta bu vasitə ilə dövrünün məşhur radio təşviqatçılarını da aldatmağı bacarmışdılar.

 

Ordunun tərkibində olan aktyorlar siravi vətəndaşlara qarışaraq ABŞ generallarını təqlid edirdilər. Beləliklə onları izləyən alman casuslarına məlumatın çatdırılmasını istəyərək onlara hərbi planlarını danışır və yanlış məlumat verirdilər. Müharibənin qazanılmasında Kabus ordunun aldatmaları və yanlış istiqamət verməsi olduqca təsirli olmuşdur. Müharibədən onilliklər keçsə də hələ də bu birlik haqqında məlumatlar gizli saxlanılır. Beləcə 1996-cı ilə qədər heç kim bu ordunun saxta olduğunu bilmirdi.

Kamran Əliyev

Faktor.az 



Redaktorun seçimi