Instagram istifadəçiləri zorakılıqdan qoruyacaq

94 dəfə oxunub
Instagram istifadəçiləri zorakılıqdan qoruyacaq

"Instagram" rəhbərliyi istifadəçiləri sosial şəbəkədə təqib və zorakılıqdan qorumaq üçün yeni tədbirlər görür.

Faktor.az facemark.az-a istinadən bildirir ki, bu barədə şirkətin saytında qeyd olunub.

İstehsalçılar süni intellekt əsasında, yeni metod işləyib hazırlayıblar. Belə ki, məqsədi zorakılıq olan halda, aşağıda şəkil və imzalar müəyyən ediləcək. Alınmış materiallar mütəxəssislərin qiymətləndirməsi üçün avtomotik olaraq göndəriləcək. Platforma administrasiyasının fikrinə görə, belə texnologiya sayəsində təhqiredici ifadələri aşkar etmək və onu silmək çox effektiv olacaqdır.

Sosial şəbəkədən qeyd edirlər ki, istifadəçilərin əksəriyyəti təhqirlərə məruz qalırlar və qeyri-əxlaqi davranışın şahidi olurlar. Amma onlar bu haqda resursun administrasiyasına xəbərdarlıq etmirlər. "Instagram" nümayəndələri qeyd edir ki, sosial şəbəkədə ən çox yeniyetmələr zorakılıqdan əzab çəkirlər. Yeni texnologiya ən yaxın həftədə tətbiq edilməyə başlayacaq.

Xatırlatmaq yerinə düşər ki, may ayında "Instagram" platformaya neqativ şərhləri filtr edən funksiya daxil etmişdi. Bununla istifadəçilərin lentində belə məlumatlar gizlədilirdi. İndi bu filtr real vaxtda video şərhlərə əlavə olunacaq.



Redaktorun seçimi